DƏHŞƏTLİ OLAY: ərini öldürüb, arvadını yaraladılar


Bakıda qətl hadisəsi baş verib.
Hüquq-mühafizə orqanlarından APA -ya verilən məlumata görə, Bakının Yeni Günəşli qəsəbəsində Araz Sofiyevin evinə basqın edilib. Basqın zamanı Araz Sofiyev bıçaqlanaraq öldürülüb. Onun həyat yoldaşı Rəna Sofiyevaya isə ağır bıçaq xəsarətləri yetirilib. Basqınçılar mənzildən 5 min ABŞ dolları götürərək qaçıblar.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda hadisəni törədən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.