Dəhşətli yanğınla bağlı istintaq başa çatdı - PROKUROR CƏZA İSTƏYƏCƏK
15:36 29.03.2019
Arxiv
587
Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlandığı elan edilib. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. Proses aprelin 2-dək təxirə salınıb.
Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib. Görülən tədbirlərlə Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il martın 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə martın 2-si saat 6 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib. M.Məmmədov Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub. Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bazara “Xırçıldayan ləzzət” gəlir
17:03 20.05.2026
İqtisadiyyat
WUF13-ə onlayn qeydiyyat bərpa edilib
16:44 20.05.2026
Cəmiyyət
“Sədaqətin Sükutu” layihəsinin hazırlıq mərhələsi başlayıb
16:42 20.05.2026
Ölkə
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılacaq
16:34 20.05.2026
Elm və Təhsil
“CHP haramın sığınacağı ola bilməz” - Kılıçdaroğludan sərt mesaj
16:26 20.05.2026
Gündəm
Su çəkildikcə dərələrdə qram-qram qızıl yığırlar
16:20 20.05.2026
Maraqlı
İtlərdə ağız qoxusuna qarşı inqilabi kəşf - Alimlər tapdı
16:14 20.05.2026
Sağlamlıq
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual