Mövcüd vəziyyətlə bağlı "Şərq”ə danışan "Azəriqaz” Səhmdar Cəmiyyətinin sabiq idarə rəisi Nüsrət Qasımov da insanların qaz işçilərinə qarşı olan davranışlarından gileylənib. O bildirib ki, bu cür məsələlərdə əsas şərt insanların maarifləndirilməsidir.
Dəm qazı faciələri başlayıb
“Azəriqaz”ın işçilərinə qapı açmayanda nəticələr ağır olurNüsrət Qasımov: “Qaz cihazları 6 aydan bir profilaktik yoxlamalardan keçməlidir. Lakin bu xidmətlərdən keçmir və nəticədə qaz alovlanmağa başlayır, yəni dəm qazı hasil edir”
Mövcüd vəziyyətlə bağlı "Şərq”ə danışan "Azəriqaz” Səhmdar Cəmiyyətinin sabiq idarə rəisi Nüsrət Qasımov da insanların qaz işçilərinə qarşı olan davranışlarından gileylənib. O bildirib ki, bu cür məsələlərdə əsas şərt insanların maarifləndirilməsidir.
Dəm qazından zəhərlənmə insanların etinasızlığı, məsuliyyətsizliyi ucbatından baş verir
Dəm qazı daha iki nəfərin həyatına son qoyub. Hadisə Nizami rayonu Keşlə qəsəbəsində baş verib. 1991-ci il təvəllüdlü Aygün Məmmədova azyaşlı oğlu Turalla birgə yaşadığı evin hamamında çimərkən dəm qazından boğularaq ölüblər.
Hələ ötən il xeyli sayda insan dəm qazının qurbanı olmuşdu. Lakin faciə bitmək bilmir. Görəsən, belə olan hallarda vətəndaşların məsuliyyəti az deyil ki? Yoxsa "qismət belə imiş” deyib məsələdən yan keçmək lazımdır? Məlumdur ki, bu gün vətəndaşlar arasında "Azəriqaz” işçilərinə qapı açmayanlar yenə də var. Kimisi valideynləri, kimisi də yoldaşı evdə olmadığı üçün qapını açmır. Maraqlıdır, bu cür yanaşma nədən qaynaqlanır? Vətəndaşlar "Azəriqaz” işçilərinin cihazlara nəzarət edərək onların həyatını təhlükədən xilas etmək istəyini niyə başa düşmək istəmir?
Mövcüd vəziyyətlə bağlı "Şərq”ə danışan "Azəriqaz” Səhmdar Cəmiyyətinin sabiq idarə rəisi Nüsrət Qasımov da insanların qaz işçilərinə qarşı olan davranışlarından gileylənib. O bildirib ki, bu cür məsələlərdə əsas şərt insanların maarifləndirilməsidir.N.Qasımovun sözlərinə görə, dəm qazından zəhərlənmə və digər xoşagəlməz hallar insanların etinasızlığı, məsuliyyətsizliyi ucbatından baş verir: "Azərbaycan qazı dünyada ən təmiz qaz sayılır. Lakin insanlar öz həyatlarına leqeyd yanaşırlar, heç bir qanuna məhəl qoymurlar. Hər kəs öz bildiyi kimi hərəkət edir, bu da acı nəticələr verir.
İnsanların "Azəriqaz” işçilərinə yoxlanış üçün icazə verməməsi ən böyük tərbiyəsizlik, məsuliyyətsizlikdir. Bu yaxınlarda saytların birində oxudum ki, vətəndaşlardan biri qaz işçisinin çənəsini sındırıb. Görün bu necə vəhşilikdir. Buna bir ad vermək mümkün deyil. Vətəndaş başa düşməlidir ki, qaz işçisi onun evinə süfrə başında oturmağa gəlmir. İşçi də öz vəzifə borcunu yerinə yetirir. İnsanların belə davranışı yolverilməz haldır, qanuna və işçilərə hörmətsizlikdir. Qaz heç bir məsuliyyətsizliyi bağışlamır...
Vətəndaş qazı ürəyi istədiyi kimi çəkə bilməz. Bunun üçün "Azəriqaz” var, ora müraciətlər olunmalıdır. Həmçinin insanlar hansısa bir təhlükə hiss edəndə 185 "qaynar xətt”inə zəng edib qaz mütəxəssisini çağırmalıdır. Hər yoldan keçəni çağırıb ona bu işləri gördürmək düzgün deyil. Çünki bu, yüksək təhlükə mənbəyidir, burda insan həyatı əhəmiyyətli rol oynayır. İşçilərin də müəyyən sertifikatları, lisenziyaları olmalıdır.
Çox tez-tez eşidirik ki, qazın təzyiqi aşağıdır. Məsələn, İrandan gətirilən cihazlar 178 ml, bəzi cihazlar isə 200 ml təzyiqlə işləyir. Amma bizim şəbəkənin normal təzyiqi 130 ml-dir, ona görə də şəbəkənin cihazları işlətməyə gücü çatmır. Bu zaman vətəndaşlar günahkar axtarmağa başlayırlar, halbuki günahkar özləridir. Çünki onlar cihazı alanda gedib "Azəriqaz”la məsləhətləşməlidir. Bu da bir məsuliyyətsizlikdir və qanunlara məhəl qoymamaqdır”.
N.Qasımov həmçinin bildirib ki, qaz cihazları 6 aydan bir profilaktik xidmətdən keçməlidir. Lakin bu xidmətlərdən keçmir və nəticədə qaz alovlanmağa başlayır, yəni dəm qazı hasil edir:
"Dəm qazı hasil olan zaman nəticələr ağır olur. Qazın tərkibində radioaktiv maddə var, bu, yananda əmələ gəlir və evin divarlarına çökür. Sonra da deyirlər ki, "qaz zəhərlidir”.
Əgər Azərbaycan qazı zəhərlidirsə, niyə dünya liderləri bizdən qaz alırlar? Deməli, biz özümüzə düşmənlik edirik. Azərbaycan qazı zəhərli deyil. O zaman zəhərli ola bilər ki, cihazlar profilaktik xidmət keçməsin və düzgün quraşdırılmasın. Belə olduğu halda hava çatışmazlığı olur və dəm qazı əmələ gəlir. Ümumiyyətlə, bütün qazlar oksigenlə hidrogenin birləşməsindən əmələ gəlir. Nə hidrogen, nə də karbon zəhərlidir. O zaman Azərbaycan qazı necə zəhərli ola bilər? Deməli, bizim savadsızlığımız, bəzilərinin mədəniyyətinin aşağı olması buna gətirib çıxarır. Qaz işçisi vətəndaşın evinə pulsuz profilaktik xidmət eləməyə gəlir, amma vətəndaş onu içəri buraxmır. Niyə? Hansı ki, qazla bağlı bir balaca şübhə olanda özləri zəng edib deməlidir. Elə bil Azərbaycanda qaz müharibəsi gedir. Bunlara yol vermək olmaz. Vətəndaşlarımıza tövsiyəm ondan ibarətdir ki, qaz işçiləri ilə mehriban olsunlar, özləri zəng edib məlumat versinlər ki, işçilər sızmaların olub-olmamasına nəzarət eləsinlər. Hər işin baisi özümüzük”.
Yeganə Bayramova