Dəmir qasığından girdi, mədəsini yaraladı

Əməliyyata həkimlərlə bərabər xilasedicilər də müdaxilə edib
Çində inşaat işçisinin başına qorxunc bir qəza gəlib. Vu Qiang adlı adam, dəmir çubuq topasının üzərinə yıxılıb. Talehsiz adam elə bir yerə düşüb ki, dəmir çubuqlardan biri onun qasığından girərək mədəsini parçalayıb.
Yoldaşları tərəfindən təcili olaraq xəstəxanaya aparılan adam dərhal əməliyata alınıb. Ancaq dəmir çubuğun çıxarılması üçün əməliyyata həkimlərlə birlikdə xilasetmə vəzifəliləri də girib.
Təxminən 1 saat sonra xilasetmə vəzifəlilərinini də köməyiylə dəmir çubuq adamın bədənindən çıxarılıb. Müvəffəqiyyətlə başa çatan əməliyyatdan sonra adamın orqanlarına ciddi ziyan dəyməyib.
Həkimlər xəstənin infeksiyaya yolxmaması üçün onun bir neçə gün xəstəxanada saxlanacağını söyləyib.