Dənizdə batanlardan ikisinin meyiti tapıldı - YENİLƏNİB





Bakıda dənizdə batanlardan ikisinin meyiti tapılıb.

"Sherg.az"ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən təxminən 1-1,5 km aralı, nəzarətsiz ərazi) çimərkən batdığı bildirilən 3 nəfərin axtarışları ilə əlaqədar aparılan əməliyyat nəticəsində iki naməlum kişi meyiti (təxminən 20-25 yaşlarında) aşkarlanıb.
Meyitlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblət. Şəxsiyyətləri dəqiqləşdirilir.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən axtarış tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.

***
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə 3 nəfərin batması barədə məlumat daxil olub. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.