Deputat həmkarları ilə razılaşmadı: "Buna Avropa Şurası neynəsin?!"




"Bizdə mülki məsələlərlə bağlı məhkəmə qərarlarının icrasında problem var. Bəzi xırda məsələləri özümüz həll etməliyik. Bunlara Avropa Şurası neyləsin?”. 

"Sherg.Az" bildirir ki, bu sözləri parlamentin bugünkü iclasında deputat Fazil Mustafa deyib. 

O bəzi həmkarlarının Avropa Şurasından Azərbaycanın çıxması ilə bağlı çağırışlarına reaksiya verərək deyib ki, çıxışlar zamanı diqqətli olmaq vacibdir: "Bu gün AŞ-ı bizi üzvlükdən çıxartmış olsaydı, təbii ki, çıxışlar edə bilərik. Amma indiki halda gərginlik yaratmaq düz deyil. Mənə bu yaxınlarda bir vətəndaş müraciət etmişdi. Dəhşətə gəldim. 

Təsəvvür edin ki, Ali Məhkəmə vətəndaşın mülkiyyət hüququnu tanıyaraq mənzilin boşaldılması haqqında qərar çıxarıb. Sonra iş icraya yönəldilib. 2 saylı İnzibati İqtisad Məhkəməsi Ali Məhkəmənin əleyhinə qərar çıxarıb və qərarın icrasını dayandırıb. İndi buna Avropa Şurası neyləsin? Özümüz də, bu cür hallara yol verməməliyik".

Anar