Deputatdan nazirlərə irad: “Sanki, büdcə təkcə Şahin Mustafayev, Mikayıl Cabbarov və Samir Şərifova aiddir”




Parlamentin bugünkü iclasında deputat Vahid Əhmədov hökumət üzvlərindən gileylənib.

Sherg.az bildirir ki, millət vəkili ötən ilin dövlət büdcəsinin icrasının müzakirə olunduğunu xatırladaraq, toplantıya nazirlərin qatılmamasına irad tutub:

"Təəssüf ki, dövlət büdcəsinin qəbulu ilə bağlı Milli Məclisdə keçirilən müzakirələrdə hökumətin bütün üzvləri iştirak edirlər, amma büdcənin icrası ilə iclasda belə deyil. Sanki, büdcə təkcə Şahin Mustafayev, Mikayıl Cabbarov və Samir Şərifova aiddir. Yalnız onlar gəlməli deyillər, bütün nazirlər burda olmalıdırlar. Düşünürəm ki, büdcənin icrası geniş müzakirə edilməlidir. Çünki müəyyən xərclər olur və bunları millət vəkilləri bilməlidir, araşdırmalıdır. Yaxşı olardı ki, hökumət üzvləri burda olsunlar, müzakirələrə qoşulsunlar, məlumat versinlər”.

Spiker Oqtay Əsədov isə deputata cavab olaraq bildirib ki, hökumət üvlərinin hamısının iclasda iştirak etməməsinin səbəbi Polşa prezidentinin Azərbaycana səfəridir:

"Hökümət üzvlərinin bəziləri dövlət rəhbərlərinin görüşlərində iştirak edirlər”.

Anar