Deputatdan sərt sözlər: "Minsk qrupu özünə hörmət edən qurum olsa, fəaliyyətini dayandırar !"
14:00 14.09.2018
Arxiv
805
"ATƏT-in Minsk qrupunun həmsədri olan üç dövlət arasındakı münasibətlər heç də yaxşı deyil. Öz münasibətlərini qaydasına qoya bilməyən ölkələrin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini 25 ildən artıqdır, tənzimləyə bilməməsi normaldır”.
Bunu "Sherg.az”a Azərbaycan Prezidenti İlham Əliyev və ATƏT-in baş katibi Tomas Qreminger arasında keçirilən görüş haqqında danışarkən tarixçi, millət vəkili Fəzail İbrahimli söyləyib.
Onun sözlərinə görə, hər üç dövlətin beynəlxalq siyasətində çatışmazlıqlar hökm sürür:
"Minsk qrupu həmsədrlərinin həmrəy addım atıb, birlikdə münaqişəni həll etməsi imkansızdır. Üç dövlət dostluq münasibətləri qursa belə, hərəsinin ayrı - ayrılıqda regionda maraqları var. ATƏT-in Minsk qrupu özünə hörmət edən qurum olsa, fəaliyyətini könüllü şəkildə dayandırar. Bu, daha ədalətli olar.
ATƏT-in Minsk qrupu həmsədrlərinin ayrı-ayrılıqda Ermənistanla münasibəti var. Fransa, Rusiya və Amerika münaqişəni Azərbaycanın xeyrinə həll etmək üçün çalışmayacaq. Ölkəmizin təmkinlə davranmasının səbəbi isə beynəlxalq hüquq normalarına hörmətlə yanaşmasıdır.
Dünya ictimaiyyətinə çatdırmaq istəyirik ki, haqq tərəfdarı olan Azərbaycanın beynəlxalq hüquq normalarına hörməti yüksəkdir. Beynəlxalq təşkilatlar isə bu reallığın qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidirlər”.
Qeyd edək ki, görüş zamanı Prezident İlham Əliyev Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarına, Ermənistanın baş naziri tərəfindən siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına ATƏT-in biganə qalmaması ilə bağlı müraciət edib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol