Deputatlar büdcənin icrasını müzakirə edirlər




Milli Məclisin yaz sessiyasının bu gün keçirilən sonuncu toplantısında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi aparılır.

Sherg.az-ın məlumatına görə, spiker Oqtay Əsədovun sədrliyi ilə baş tutan toplantıda yalnız bu qanun layihəsinin müzakirəsi keçiriləcək. İclas yekunlaşdıqdan sonra parlamentin yaz sessiyası başa çatacaq.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.

Parlamentin iyunun 14-də növbədənkənar sessiyasının keçirilməsi də nəzərdə tutulur.

Anar