Deputatlar dəyişikliyə səs verdi - Hesablama Palatasının səlahiyyəti genişləndirilir
09:00 30.05.2019
Arxiv
685
Milli Məclisin bu gün keçirilən iclasında kommersiya və ya vergi sirri haqqında məlumatların Hesablama Palatasına verilməsi müzakirə edilib.
Sherg.az-ın xəbərinə görə, bununla əlaqədar Vergi Məcəlləsinə, eyni zamanda İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi təklif olunub. Dəyişikliklərdə vergi ödəyiciləri haqqında məlumatın verilə biləcəyi orqanların sayı artırılıb. Təkliflərdə Hesablama Palatasının öz vəzifələrinin həyata keçirməsi məqsədilə həmin məlumatların bu quruma da təqdim edilməsi nəzərdə tutulur.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni dəyişikliklərdə isə Hesablama Palatasının öz fəaliyyətini daha da gücləndirməsi üçün adiyyati qurumların inzibati məsuliyyəti gücləndirilib və baş verən xətalara görə cərimələr müəyyən edilib. Bu inzibati məsuliyyətin olması həmin orqanların öz üzərlərinə düşən vəzifələri daha məsuliyyətlə icra etməsinə və Hesablama Palatasının fəaliyyətinin güclənməsinə imkan yaradacaq.
Dəyişikliyə əsasən, bu xətalar baş verdikdə Hesablama Palatası protokol tərtib edəcək və inzibati tənbehin tətbiqi üçün məhkəməyə göndəriləcək. Məhkəmə isə həmin xətalar haqqında işlərə baxaraq inzibati tənbeh tədbiri tətbiq edəcək. Qanunlara dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul olunub.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:30 18.08.2026
İnfrastruktur
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:23 18.08.2026
İnfrastruktur
Azərbaycan CNN-ə qarşı ABŞ məhkəməsində iddia qaldırdı
18:18 18.08.2026
Media
Bakıda ticarət mərkəzində yanğın - FOTO
18:16 18.08.2026
Hadisə
İsrail rəsmisi: Şaraa Bəşər Əsəd kimi davrana bilməyəcəyini bilir
18:00 18.08.2026
Dünya
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
17:59 18.08.2026
Gündəm
Tramp: İranla danışıqlar aparmaq niyyətində deyilik
17:42 18.08.2026
Gündəm
Ukraynanın mümkün yeni müdafiə nazirinin adı açıqlandı
17:39 18.08.2026
Dünya
Danimarka ilk dəfə Qrenlandiyaya hərbi qüvvə göndərdi
17:31 18.08.2026
Dünya
Sibiqa: Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub
16:42 18.08.2026
Dünya
İran Trampın Hörmüzlə bağlı yeni iddiasına reaksiya verdi
15:53 18.08.2026
Gündəm
Tramp Hörmüz boğazını “ABŞ ərazisi” elan etdi - FOTO
15:38 18.08.2026
Gündəm
İrəvanda “Tramp marşrutu”nun icrası ilə bağlı müzakirə aparıldı
15:26 18.08.2026
Gündəm