Deputatlar orduya vətəndaş nəzarətini öz boyunlarına götürə bilərlər
22:07 04.12.2017
Arxiv
710
“Dünyanın ən güclü ordularında, hətta ABŞ qoşunlarında belə vətəndaş nəzarəti mexanizmi var”
Millət vəkili Qüdrət Həsənquliyev parlamentin Silahlı Qüvvələrə nəzarət etməsini təklif edib. Deputat bildirib ki, Milli Məclis büdcədən orduya vəsait ayırır, lakin onların fəaliyyətinə nəzarət etmir: "Müvafiq şəxslər Milli Məclisə dəvət edilməli və bu kimi məsələlərlə bağlı komitələrdə müzakirələr olmalıdır”.
Deputat Vahid Əhmədov da həmkarının orduya nəzarət mexanizmi barədə təklifini dəstəkləyib: "İndiyə qədər şahidi olmadım ki, Hesablama Palatası hər hansı hərbi hissədə yoxlamalar aparsın və nəticələri barədə Milli Məclisdə hesabat versin”. Deputat Siyavuş Novruzov isə təklifə etirazla yanaşıb. Parlamentari vurğulayıb ki, ictimai nəzarət ordunu dedi-qodu mənbəyinə çevirə bilər:
"Türkiyədə 8 dəfə dövlət çevrilişi olub. Bu, çox təhlükəlidir. Ona görə də Azərbaycanda orduya vahid nəzarət mexanizmi Ali Baş Komandan tərəfindən həyata keçirilməlidir. Ordu cəmiyyətin bir hissəsidir. Cəmiyyətdə baş verənləri orduya daşımaq olmaz. Kimin ailəsində nə baş versə, onu orduya daşımasın”.
Təkliflə bağlı "Şərq”ə fikirlərini bölüşən hərbi ekspert, psixoloq Azad İsazadə deyib ki, söz-söhbət olmasın deyə heç bir qurum nəzarətsiz buraxıla bilməz. Uzun illərdir müdafiə nazirləri parlamentdə hesabat vermirlər. Burada söhbət konkret şəxsdən getmir, söhbət ondan gedir ki, nazirlər dəyişir, amma görülən işlərlə bağlı hesabat verilmir.
Məncə, deputatlar orduya vətəndaş nəzarətini öz boyunlarına götürə bilərlər. Dünyanın ən güclü ordularında, hətta ABŞ qoşunlarında belə vətəndaş nəzarəti mexanizmi var. Anlamalıyıq ki, vətəndaş nəzarəti ilə dövlət sirri arasında çox böyük fərq mövcuddur. Vətəndaş nəzarəti əsgərin yaşayış tərzi, yeməyi-içməyi, geyimi və şəxsi heyətin biri-birinə münasibəti üzərində qurulur. Bunun hərbi sirrə və məxfiliyə heç bir aidiyyatı yoxdur. Çoxları niyə tənqidlə yanaşır, anlamıram. Halbuki olduqca vacib məsələdir”.
A.İsazadənin fikrincə, valideyn öz övladını orduya verirsə, onun ixtiyarı var ki, orduda gedən proseslərə nəzarət etsin:
"Ordu və ya hərbi hissə rəhbərliyi valideynlərin qabağında hesabat verməyə borcludur. Silahlı Qüvvələr məxfidir, qapalıdır deyib, nəzarət mexanizmini aradan götürmək olmaz. Müasir dünyanın orduları prinsipial olaraq dəyişikliyə uğrayıb. Biz də həmin dəyişikliyi ordumuza tətbiq etməliyik”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə