“Dil imtahanları mütləq şifahi keçirilməlidir”- Dilçi-alim





Bunu "Sherg.az”a filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli deyib. 

O diqqətə çatdırıb, dilçilik imtahanlarında tələbələr öz danışıq qabiliyyətini göstərməlidir:

"İmtahan ona görə imtahandır ki, tələbə semestr ərzində əldə etdiyi bilikləri ortaya qoysun, həqiqi biliyi nümayiş etdirə bilsin. Əgər tələbə kağıza köçürəcəksə, bu əzbərçiliyə şərait yaradacaq”.

Qeyd edək ki, əksər ali məktəblərdə imtahanların test və yazılı şəkildə aparılması mübahisələrə səbəb olub. Bəzi təhsil ekspertləri imtahanların yazılı formada həyata keçirilməsinin tərəfdarıdır.

Aysel Aslan