Dilənçi Ermənistanın pulu kəsildi: “Avropa Paşinyanın demokratiya nağıllarına inanmır”

“Bu, bir daha göstərir ki, Ermənistan, o cümlədən Paşinyan artıq Avropa üçün önəm kəsb etmir
17-18 oktyabr tarixlərində Avropa İttifaqının (Aİ) xarici fəaliyyət xidmətinin yüksək vəzifəli rəsmisi Tomas Mayr Hartinq və Aİ-nin yardımlarını əlaqələndirən Vasillis Maraqos Ermənistanda səfərdə oldu. Səfərin nəticəsi kimi Aİ növbədənkənar parlament seçkilərinin şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə Ermənistana 3 milyon avro vəsaitin ayrılmasına qərar verib.
Maraqlısı odur ki, Aİ 2017-ci ilin aprelində keçirilmiş bundan öncəki parlament seçkilərinin təşkili üçün vaxtilə 7 milyon avro ayırmışdı. Lakin beynəlxalq müşahidə missiyasının hesabatına əsasən seçki prosesində ciddi pozuntu və saxtakarlıqlara yol verilməsi, o cümlədən rüşvət müqabilində səslərin alınması, dövlət qulluqçuları və özəl sektor nümayəndələrinə təzyiqlərin edilməsi və s. faktların üzə çıxması Aİ-ni çətin vəziyyətə saldı. Axı Aİ öz qiymətləndirməsində Ermənistandakı seçki prosesinin o qədər də bərbad olmadığını əsaslandırmağa çalışırdı. Lakin 2018-ci ilin aprel ayında hakimiyyəti ələ keçirmiş Nikol Paşinyan özü də seçkilərin anti-demokratik şəraitdə keçirildiyini iddia edərək, yeni parlamentin legitim olmadığını irəli sürüb. Görəsən Paşinyan ölkədə hərbi diktatura rejiminin saxlanılmasında Avropa İttifaqının Sarkisyan hökuməti ilə əlbir olduğunu demək istəyirdi? Məlum olur ki, küçələrin hay-küyçüsü Paşinyan özü hələ ilk günlərdən Avropadan pul dilənməyə başlayıb. 
NATO və Avropa İttifaqının təşkil etdiyi mötəbər beynəlxalq toplantıların keçirildiyi məkanları "dilənçi guşəsinə” çevirməklə Avropalı dövlət başçılarından mədəd uman zavallı Paşinyan haradan bilsin ki, küçə yürüşləri psixologiyası yalnız ac-yalavac erməniləri aldada bilər? Nəticə göz qabağındadır. Avropa İttifaqı Ermənistana göstərəcəyi maliyyə dəstəyinin həcmini 2 dəfə azaltdı. Avropa İttifaqı rəsmiləri açıq şəkildə elan etdilər ki, ondan başqa heç bir təşkilat Ermənistana pul ayıran deyil. Əgər belədirsə niyə Avropa İttifaqı maliyyə dəstəyini 2 dəfə artırmaq əvəzinə elə o qədər azaltdı? Məgər ölkədə səsvermə hüququna malik şəxslərin sayı azalıb? Yoxsa Aİ fikirləşir ki, Paşinyan Ermənistandakı siyasi durumu sabitləşdirmək əvəzinə Aİ-nin dəstəyi ilə öz diktaturasını yaratmaq istəyir? Niyə də yox. Görünür Aİ Paşinyanın demokratiya nağıllarına inanmır və onun populist addımlarına və reallığa söykənməyən vədlərinə alət olub ləkələnməkdən kifayət qədər ehtiyatlanır. Budur, Aİ Paşinyan hökumətinin populist və yarıtmaz siyasətinin ilk bəhrəsini gördü. Venesiya Komissiyasının tövsiyələrini əks etdirən və Aİ-nin vaxtilə tərifdən göylərə qaldırdığı seçki məcəlləsinə dəyişikliklər paketi 30 oktyabr tarixində Ermənistan parlamentində qəbul edilmədi. Yəqin ki, Avropa təsisatları avronun Ermənistana dəyər gətirmədiyini anlamağa başlayacaqlar.
Analitik Ehtiram Aşırlı məsələni "Sherg.az”a şərh edərkən deyib ki, Ermənistan xalqı Paşinyanın inqilab öncəsi verdiyi iqtisadi və siyasi vədləri yerinə yetirmək iqtidarında olmadığını yaxşı anlayır: 
"Dəfələrlə vurğuladığımız kimi, bu işğalçı ölkənin iqtisadi potensialı iflas vəziyyətindədir. Regiondakı bütün qlobal layihələrdən kənarda qalan, yalnız xaricdəki ermeni lobbilərinin yardımları hesabına dövlət büdcəsini alayarımçıq formalaşdıra bilən Ermənistan hakimiyyəti ac-yalavac yaşayan erməni millətinin ümidlərini puç edib. Bunu görən erməni vətəndaşları İrəvanın küçələrində maaşlarını və pensiyalarını aylardır ala bilmədikləri üçün etiraz aksiyalarına başlayıblar. Hətta aksiyalarda çıxış edənlər açıq şəkildə Paşinyanın daxili və xarici siyasət kursunu pisləyirlər.
Bundan əlavə, Ermənistandakı siyasi və iqtisadi xaosun digər səbəbi buradakı klanlararası mübarizənin gərginləşməsidir. Eks-prezidentlər Robert Köçəryan özünün və Serj Sərkisyanın ətrafının və qohumlarının korrupsiya və rüşvət ittihamları ilə həbs edilmələri, ordudakı qətl və cinayətlərə görə keçmiş generalların zindanlara atılması "Qarabağ klanı” ilə "İrəvan klanı” arasında az qala müharibə həddinə çatıb. Dərin böhran içərisində olan Ermənistan və onun baş naziri Paşinyan Qərbdən umduğu 10 milyonlarla avronun da itirildiyi reallığını qəbul etdilər. Belə ki, Aİ növbədənkənar parlament seçkilərinin şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə Ermənistana 3 milyon avro vəsaitin ayrılmasına qərar verilib. Halbuki Paşinyan bu rəqəmi ən azı 15-20 milyon avro həcmində gözləyirdi. Maraqlısı da odur ki, Aİ 2017-ci ilin aprelində keçirilmiş bundan öncəki parlament seçkilərinin təşkili üçün vaxtilə 7 milyon avro ayırmışdı”. E.Aşırlının qənaətincə Aİ-nin Ermənistana göstərəcəyi maliyyə dəstəyinin həcmini 2 dəfə azaltması onun göstəricisidir ki, Aİ Paşinyanın demokratiya nağıllarına inanmır: "Bu, bir daha göstərir ki, Ermənistan, o cümlədən Paşinyan artıq Avropa üçün önəm kəsb etmir. Hətta bu fakt Avropadakı erməni lobbisinin də acizliyinin bir nümunəsidir ki, üzdəniraqların separatçı rejimə səfərini təşkil edərək, maliyyə dəstəyi əldə etməyə çalışırlar. Həmçinin Avropada nüfuzu olmayan homoseksual deputatın Qarabağa səfərinin ermənilər tərəfindən fəxarətlə təqdim edilməsi separatçıların və erməni lobbisinin üzdəniraqlarla əməkdaşlığının və onların əsl kimliklərinin növbəti sübutudur”.
Anar