"Dindən sui-istifadə edib, dövlətçiliyimizə təhlükə törətmək nə dinə sığır, nə də imana !"
11:59 16.07.2018
Arxiv
964
"Bu gün, həqiqətən, elə dindarlar var, xarici ölkələrə gedir, orada müxtəlif fəaliyyət göstərdikdən sonra həmin dövlətlərin təsirlərinə düşə bilərlər”.
Bunu "Sherg.az”a Gəncənin icra başçısı Elmar Vəliyevin həyatına sui-qəsd etmiş, Yunis Səfərovu təlim keçməsi məqsədilə Suriyaya göndərən Tohid İbrahimbəylinin "Hüseyniyyun" (Hüseynçilər) adlı silahlı dəstə yaratmasına münasibət bildirərkən ilahiyyatçı Hacı Atif İsmayılov söyləyib.
O diqqətə çatdırıb ki, bəzi dindarlar, radikal əməllərə yol verən şəxslər və ya cinayətkarlar Azərbaycan ərazisinə daxil ola bilmədiyindən, qanunsuz əməlləri üzündən cəmiyyətdə qəbul olunmadığından müxtəlif informasiyalar yayırlar:
"Əslində guya həmin şəxslər internetdə, sosial şəbəkələrdə Azərbaycan əleyhinə məlumatlar yaymaqla, kənardan təxribat törətməklə acıq çıxırlar. Halbuki dindən sui-istifadə edib, kimsə digər bir şəxsi qətlə yetirirsə, dövlətçiliyimizə təhlükə törədirsə, bunun heç bir əsası yoxdur. Belə əməllər dinə, insanlığa sığmır. Amma bu, insanların özlərinin ideologiyasından irəli gələn amildir. Bir insan xalqına, millətinə xidmət etmək istəyirsə, sivil yolunu tapmalıdır. Güc tətbiq etməklə, kimisə öldürməklə, sui-qəsd etməklə məqsədlərini həyata keçirmək insanların özündəki acizliyin nümunəsidir”.
Qeyd edək ki, Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsd törətmiş Yunis Səfərovu hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriyaya göndərmiş Tohid İbrahimbəylinin bu istiqamətdə İranda dini təhsil alan azərbaycanlı tələbələri toplayaraq, təlimatlandırdığı məlum olub. T. İbrahimbəyli 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərində Qum və Məşhəd şəhərində dini təhsil alan 14 nəfərə Suriya ərazisində İŞİD ilə mübarizə üçün azərbaycanlı tələbələrdən ibarət "Hüseyniyyun" (Hüseynçilər) adlı silahlı dəstə yaratmaq niyyətində olduğunu bildirib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət