DİQQƏT: Sosial şəbəkələrdə dələduzlar peyda olub - Cibinizə girə bilərlər

Ələsgər Məmmədli: "Sosial şəbəkələri qadağan etsək, bu, çözüm yolu olmayacaq”






"Sosial şəbəkələr olmasa belə, dələduzluq əməllərinin qarşısı tam alına bilməz”.

Bunu "Sherg.az”a sosial şəbəkələrdə bəzi şəxslər və qruplar tərəfindən dələduzluq hallarının yayılmasından danışarkən media hüququ üzrə ekspert Ələsgər Məmmədli deyib. 

O vurğulayıb ki, dələduzluqlar real ünsiyyətlə də baş verə bilər:

"Burada sosial şəbəkə platforma rolu oynamır. Aldadan və aldadılan tərəf məsələsi əsasdır. Bunlar arasında dələduzluq halı yaşandıqda dələduzluqla qarşılaşan şəxs hüquq-mühafizə orqanlarına məlumat verdiyi təqdirdə məsələ araşdırılır.

Sosial şəbəkə üzərindən törədilən dələduzluq da bu şəkildə cəzalandırılır. Cəmiyyətdə bunun qarşısını almaq üçün hansı addımlar atılırsa, bu, sosial şəbəkələrdə də olmalıdır. Düşünmürəm ki, sosial şəbəkə belə dələduzluqlarda spesifik rol oynayır. Sosial şəbəkələri vasitə kimi istifadə edirlərsə, konkret həmin şəxsə qarşı tədbir görülməlidir. Sosial şəbəkələri qadağan etsək də, bu, çözüm yolu olmayacaq”.

Qeyd edək ki, yayılan məlumatlara görə, sosial şəbəkədə iki cür dələduzluq peyda olub. Birincisi odur ki, sosial şəbəkə üzərində qızım, oğlum, anam, atam ağır xəstəlikdən əziyyət çəkir adı ilə yardım almaq üçün bank hesabı açan dələduzlardır. Həmin şəxslər saxta şəkillər, videolar yerləşdirir, insanları bu şəkildə aldadır.

İkincisi isə odur ki, ayrı-ayrı şəxslərə zəng gəlir, filan ölkədən aparat gəlib sadəcə əlinizə cihazı taxırıq bütün orqanlarınız haqqında məlumat verir. Sonra isə həmin şəxslər ay sonuna qədər bu aparatın guya endirimdə olduğunu deyib tora salırlar. İddialara görə, verdikləri ünvana gedəndə bir xanım qarşılayır və çindən gətirdikləri oyuncağı barmaqlarınıza toxundurub, uydurma diaqnoz qoyurlar.

Aysel Aslan