DİQQƏT! Su alarkən ehtiyatlı olun - VİDEO
15:23 07.01.2019
Arxiv
531
Marketlərdən belə plastik qablarda aldığımız sular barədə bəzən heç də xoş olmayan fikirlər səsləndirilir. Hətta iddialara görə, bəzi işbazlar adi krant suyunu plastik qablara dolduraraq satır.
"Sherg.az" ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Eyyub Hüseynov - İstehlakçıların Hüquqları Komitəsinin sədri: "Bazarda olan təmizlənmiş su adı altında satılan, evlərə gətirilən suların çox böyük əksər hissəsi heç də təmiz su deyil. Birbaşa krantdan yığılma sudur".
Ölkəmizdə hazırda 5, 10, 20 litrlik qablarda sular satılır. Belə qabların üzərində isə suların regionlarda doldurulması ilə bağlı məlumat olur. Guya bu sular Şahdağdan, Gədəbəydən və Lerikdən gətirilib.
Eyyub Hüseynov: "Bu sahədə mükəmməl ekspertiza da yoxdur. Suyu yaxşı analiz etmək üçün onun minimum 30 parametri araşdırılmalıdır. Bunu isə heç kim araşdırmır".
Sakin: "Alırdıq, amma peşmanıq almağmıza. Krant suyunu doldurub satırlar".
Ekspertlərin sözlərinə görə, əsl bulaq suyu bulağın mənbəyində qablaşdırılmalıdır. Amma suyu paytaxtın mərkəzində, binanın padvalında qablaşdıranlara da rast gəldik. Adını da qoyurlar bulaq suyu.
İsa Əliyev - Ekspert: "Restoranlara sırf ucuzdur deyə satırlar və bunlar təəsüflər olsun insan səhhəti üçün çox böyük təhlükədir. Yaxşı olardı ki, ümumiyətlə, suları alanda həm suyun hansı firmadan olduğuna, həm də bu suyun qablaşdırılmasına diqqət olunsun".
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik. Agentlikdən şifahi olaraq bildirildi ki, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda yoxlamalar aparılır. Əgər vətəndaşların qablaşdırılmış suların tərkibi ilə bağlı hər hansı narahatlığı olarsa, bu barədə agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat verə bilərlər. Məlumat verildikdən dərhal sonra şikayətlər agentliyin əməkdaşları tərəfindən araşdırılacaq və qanunvericiliyin tələblərinə uyğun addımlar atılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm