"Valideyn və müəllimlər siqaretın zərərlərini uşaqlara zamanında başa salsalar, onlarda vatından əvvəl siqaret cəkməzlər”
Bu barədə "Sherg.az”a sosioloq Cavid İmamoğlu bildirib.
Onun sözlərinə görə, orta məktəb şagirdlərinin siqaretdən istifadə etməsi gündən- günə artır. Uşaqlar bunu faydalı, lazımi bir vasitə kimi istifadə edirlər:
"Siqaret cəkən insanın ən az 18 yaşı olmalıdır. Amma hazırda müxtəlif yaş kateqoryasına mənsub olan uşaqlar buna əməl etmir. Onlar hətta bəzi nəzarətsiz məktəblərin həyətlərində siqaret çəkirlər. Uşaqlar siqareti əsasən qrup halında çəkirlər. Tək halda siqaret çəkən azyaşlı birisini görmək çətindir. Uşaqların siqaret çəkməyə başlamasının əsas səbəbi buna qrup şəklində başlamalıdır. Onlara baxıb, bu pis vərdişlərdən istifadə etməyənlərdə siqaretdən istifadə edir. Aşağı siniflərdə oxuyanlar yuxarı siniflərin siqaretdən istifadə etməsini görüb, çəkməyə başlayırlar. Hətta bəziləri bunu özləri üçün fəxr hesab edirlər. Uşaqlar siqaretin necə zərərli bir vasitə olduğunu bilmir. Onlar siqaretin tərkibi və zərərlərindən xəbərsizdirlər. Çünki onlara siqaretin proflaktikasını keçməyiblər. Məktəbdə müəlimlər şagirdləri "həyat bilgisi” kimi dərslərdə siqaretin zərərlərindən, onun tərkibindən, siqaret istifadə edərlərsə, gələcəkdə həmin uşaqları nəyin gözləməsindən xəbərdar etməlidirlər.
Mütəmadi məktəblərdə şagirdlərə siqaretə qarşı təbliğatlar aparılmalıdır. Yalnız bu yolnan olar bundan uzaq dura bilərlər. Mən bir neçə dəfə məktəb şagirdlərinə bunun proflaktikasını keçmişəm. Bu zaman müşahidə etmişəm ki, şagirdlər bunu zərərlərindən xəbərsizdir. Uşaqlar məktəb yaxınlığında və digər onlara yaxın ərazilərdə yerləşən mağazalardan siqareti asanlıqla əldə edirlər. Bu da onlara daha bir rahatlıq yaradır. Uşaqlar siqaretidən imtina etməyi, sağlam yaşamağı düşünə bilmirlər. Çünki bu sahədə onların təcrübələri azdır. Uşaqlar arasında passiv siqaret çəkmə halları da yaşanır. Bu hal əsasən qrup halında siqaret çəkdikdə yaşanır. Orada siqaret cəkənlər aktiv formada, çəkməyənlər isə siqaretin tüstüsunü qəbul edərək passiv formada bundan istifadə edirlər”.
Uşaqların siqaretdən istifadə etməsinə valideynlərin də təsirinin olduğunu bildirən C.İmamoğlu bəyan edib ki, valideynlər, xüsusən də ataların siqaret çəkməsinin təsiri ilə də uşaqlar bunda istifadə edir:
"Onların yanlarında siqaretin çəkilməsi, onların siqaret almağa göndərilməsi uşaqlıarın siqaretə olan marağını oyadır. Bəzi ailələr siqaretin zərərlərindən uşaqlarına bəhs etmirlər və ya bəhs etsələr də, buna qarşı təbliğatı düzgün qura bilmirlər. Nəticədə etibari ilə uşaqlar bu arzuolunmaz vərdişin aludəçisinə cevrilir. İstər valideynər, istərsə də müəlimlər uşaqlara siqaretin praflaktikasını keçməlidir. Onları uşaq yaşlarından bu xoşagəlməz vərdişdən uzaq tutmalıdırlar”.
Kənan Eynuroğlu