Diyarbəkirdə törədilən terror nəticəsində 3 polis həlak olub




Türkiyənin Diyarbəkir şəhərində polis avtomobili keçərkən partlayış törədilib.

APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, şəhərdəki Dəclə Universiteti yaxınlığında baş verən hadisə zamanı 3 polis əməkdaşı həlak olub, 3-ü yaralanıb. 

Yaralılar universitet xəstəxanasına çatdırılıb.
Terror hadisəsindən sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.