“Dövlət müstəqilliyinin bərpası tariximizin mühüm səhifəsidir” - Musa Qasımlı





"Dövlət müstəqilliyinin bərpası Azərbaycan tarixinin mühüm səhifələrindən biridir”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, tarixçi-alim Musa Qasımlı deyib.

Deputat vurğulayıb ki, indiki Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq bərpa edilib:

"Ötən 27 ildə keçilən yol bir çox ölkələrin onilliklər ərzində keçdiyi yola bərabərdir. Cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bugünkü Azərbaycan rəqabətə davamlı və müasir bir dövlətdir.

Güclü ordumuz vardır. Azərbaycan dövləti keçmiş sovet məkanında müstəqil inkişaf etməyin nümunəsini verib”.

İsmayıl