DTX-nın 3 zabitinə general rütbəsi verildi - SƏRƏNCAM




Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.


"Sherg.az"ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:


general-mayor ali hərbi rütbəsi


polkovnik Rəşad Firidun oğlu Həmzəyevə


polkovnik İmran Surxay oğlu Tağı-zadəyə


ədliyyə general-mayoru ali hərbi rütbəsi


ədliyyə polkovniki Həsən İsa oğlu Mansurova.


Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçuları da təltif ediliblər:


3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə


Əliyev Zaur Aydın oğlu – polkovnik

Hacıyev Bəxtiyar Zabil oğlu – ədliyyə polkovniki


"Vətən uğrunda” medalı ilə


Ramazanov Rafiq Sultan oğlu – polkovnik

Hüseynov İlqar Yavər oğlu – polkovnik

Yaqubov Fəqan Vaqif oğlu – polkovnik-leytenant

Camalxanov Zaur Vəli oğlu – polkovnik-leytenant

Məmmədquliyev Əli Şüceyib oğlu – mayor


"İgidliyə görə” medalı ilə


Qasımov Məmməd Fərman oğlu – polkovnik-leytenant

Cavadov Hüseyn Yaqub oğlu – polkovnik-leytenant

Əzimov Əzim Yaqub oğlu – leytenant


"Hərbi xidmətlərə görə” medalı ilə


Abdulov İlqar Yaşar oğlu – polkovnik-leytenant

Bəşirov Coşqun Şərif oğlu – polkovnik-leytenant

Əliyev Samir Qadir oğlu – ədliyyə polkovnik-leytenantı

Paşayev Qənimət Əliheydər oğlu – mayor

Hacıyev Ramil Kamil oğlu – mayor

Həşimov Mirələm Ağamir oğlu – mayor

Ələskərov Kazım Faiq oğlu – mayor

Zeynalov Vüsal Nayib oğlu – kapitan

Qəmbərli Kamal Müşviq oğlu – baş leytenant.