Məsələyə münasibət bildirən təhlükəsizlik üzrə ekspert Elmar Nürəliyev "Sherg.az"a bildirib ki, bu barədə birbaşa insanlar məsuliyyət daşımalıdır:
Ekspert: "...göl və çaylarda çimənlər üçün heç bir dövlət nəzarəti yoxdur" - Rayonlardan gələn ölüm xəbərləri artıb
15:01 02.07.2018
Arxiv
575
Yay fəsli başlar-başlamaz insanlar istini hiss etməmək üçün müxtəlif su hövüzələrinə üz tuturlar. Bəzi şəhərlərimizdə insanların istirahəti üçün yaradılan çimərliklərdə nəzarət sistemi güclü olduğundan heç həyatı təhlükə müşahidə olunmur. Amma bəzi rayon və kəndlərdə yaradılan süni su hövzələrində təhlükəsizlik tədbirləri görülmədiyi üçün orada çoxsaylı boğulma, batma hallarına rast gəlinir. Belə arzuolunmaz hadisələrdən biri də dünən Şəmkir rayonunda baş verib. Belə ki, adıçəkilən rayonda 4 nəfər göldə batıb ölüb.
Məlumata görə, batanların şəxsiyyəti müəyyənləşdirilib. Ölən şəxslər Göygöl və Daşkəsən rayon sakinləri Tağıyev Adil Valeh oğlu, onun həyat yoldaşı Əhmədova Məhəbbət Kazım qızı, 1987-ci il təvəllüdlü Qaibov Afiq Həsən oğlu və onun həyat yoldaşı 1988-ci il təvəllüdlü Əliyeva Zeynəb Ədalət qızıdır. Məlumata görə, qadınlardan biri Şəmkirin Abbaslı kəndində yerləşən göldə paltar yumaq istəyərkən suya düşüb, digərləri batan şəxsə kömək etmək istəyərkən onlar da batıb.
Qeyd edək ki, göldə batan şəxslər həmin ərazidə çobanlıqla məşğul olublar.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
Məsələyə münasibət bildirən təhlükəsizlik üzrə ekspert Elmar Nürəliyev "Sherg.az"a bildirib ki, bu barədə birbaşa insanlar məsuliyyət daşımalıdır:"Yayda insanlar ən çox istirahət üçün çimərliklərə üz tuturlar . Hər il müvafiq qurumlar tərəfində əhaliyə tövsiyə olunmayan çimərliklərə getməyi məsləhət görmürlər.
Çünki orada çimmək insanların həm səhəti, həm də həyatı üçün təhlükəlidir. Ümumuyyətlə, qadağan olunmuş çimərliklərə getmək həyatınızı riskə atmaqdır. Rayon yerlərində isə çaylarda , göllərdə , su arxlarında , süni göllər düzəldib orada çimənlər var. Hər il çayda və göldə nə qədər insanın boğulduğu xəbəri eşidirik. Təbii ki, səbəbi sadədir. İnsanlar istirahət etmək istəyirlər, ancaq canlarından olurlar.
Nəzərə almaq lazımdır ki, göl və çaylarda çimənlər üçün heç bir dövlət nəzarəti yoxdur . Yəni o çaylar, göllərin təyinatı başqadır . İstirahət üçün, çimmək üçün nəzərdə tutulmayıb. Suyun içində qaya, dəmir parçası , şüşə qırığı, ip, tor və s. olması istisna deyil. Həmin zərərli amillər insanı ağır yaralaya bilər. Daha sonra suyun dibi qalın lil qatı olar. Onun təsiri ilə su hövzəsində çimən şəxslər nəticədə bata bilər.
Daha sonra belə göllərdə zərərli həşaratların, zəhərli ilanların olması da istisna deyil. Belə göllərdə çimmək insan həyatı üçün təhlükəlidir. Nəzarət mexanizminə gəlincə, rayonlarda ən çox insanların çimməyə getdiyi göllərə aidiyyatı üzrə müvafiq qurumlar tərəfində xəbərdaredici traparetlər vurula bilər. Yalnız bu yolla onların arasında maariflənmə aparıla bilər”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi..
04:14 10.09.2026
Cənubi Qafqaz
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə