Ekspert: "SOCAR Ukraynada xidmətin yeni standartını müəyyənləşdirib"
11:36 02.07.2018
Arxiv
352
"Ukraynada, təqribən, 6 500 yanacaqdoldurma stansiyaları fəaliyyət göstərir. Onlardan 59-u və ya 1%-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur. Bununla belə, bu Şirkət bazarın inkişafı üçün səylər göstərib və xidmətin yeni standartını müəyyənləşdirib".
Bunu "Report"a Ukraynanın "A 95" Konsaltinq qrupunun direktoru Sergey Kuyun bildirib.
O qeyd edib ki, bir çoxları Şirkətin rəqabəti keyfiyyətcə yeni səviyyəyə qaldırmasına heyran qalıb: "Bazar bu şəbəkənin inkişafını izləyir və çoxları ona bənzəmək istəyir".
Bununla belə, ekspert bildirib ki, Şirkət öz potensialını tam olaraq reallaşdırmayıb.
Azərbaycanla Ukrayna arasında iqtisadi əməkdaşlığa toxunan S.Kuyun qeyd edib ki, burada da potensial tam olaraq istifadə olunmayıb: "Birgə əməkdaşlıq potensialının 10-15%-i istifadə olunur. İkinci əməkdaşlıq məqamı Azərbaycan neftinin "Ukrtatnafta" şirkətinin Kremençuq Neft Emalı Zavoduna (NEZ) daşınmasıdır. Əvvəlcədən nəqli nəzərdə tutulan illik 1,3 mln. ton neftdən 942 min tonu daşınıb. Ümid edirəm ki, Ukrayna-Azərbaycan arasında birgə işin çiçəklənməsi hələ qabaqdadır".
Bu mənada, S.Kuyun həmçinin Ukrayna tərəfini birgə, xüsusilə prezident Petro Poroşenkonun Azərbaycana səfərindən sonra nəzərdə tutulan layihələrin reallaşdırılmamasını da tənqid edib: "İndi isə məmurlarımız ticarət dövriyyəsinin azalmasına təəccüblənirlər və dövriyyənin əvvəlki səviyyəyə qaldırılmasını düşünürlər".
Odessa-Brodı layihəsinə toxunan S.Kuyun təəssüflə qeyd edib ki, bu layihə hazırda işləmir: "Bunun bir çox səbəbi var və demək çətindir ki, bunlardan hansı daha önəmlidir. Daxili siyasətdə də kobud səhvlər olub. Bu səhvlər də layihəyə inamı azaldıb. Amma layihədən imtina etmək tezdir. Odessa-Brodı layihəsi və Azərbaycan nefti üçün "Drujba" kəmərindən Avstriyada OMV şirkətinin neft emalı zavoduna qədər birləşdirici xəttin tikintisi lap yerinə düşərdi. Bu isə ildə 2-5 mln. ton neft deməkdir. Məndə olan məlumata əsasən, "Ukrtatnafta" layihəyə lobbiçilik üzrə iş görür və ümid edirəm ki, biz hələ Ukraynada, həqiqətən, böyük Azərbaycan neftindən danışacağıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat