Elçin Hüseynbəylidən müraciət: "Cocuq Mərcanlı və Horadizə səfərlər işıqlandırılsın ! "




"Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin (AyAK) sədri, yazıçı-dramaturq Elçin Hüseynbəyli jurnalist həmkarlarına müraciət edib. 

"Sherg.az" xəbər verir ki, o, müraciətində AyAK-ın "Canımız Qarabağ, yazımız Qarabağ -2” adlı layihəsinin davam etdirildiyini bəyan edib:

Layihə çərçivəsində bu il oktyabrın 6-da Cocuq Mərcanlıya (Cəbrayıl) və Horadizə (Füzuli) səfər gerçəkləşdiriləcək. Bu görüşə xalq yazıçısı Anar başda olmaqla bir qrup tanınmış yazar qatılacaq. Səfər və görüşlər zamanı oxuculara və kitabxanalara kitablar hədiyyə ediləcək. Bu kitablar arasında Qarabağ savaşının iştirakçıları ilə bağlı kitablar və filmlər əsas yeri tutur.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının qrantı əsasında həyata keçirilir.

Xahiş edirik ki, bölgə müxbirləriniz bu səfərləri diqqətdə saxlasınlar və mümkün qədər onları işıqlandırsınlar.