"Elektrik enerjisinin dayanmasına görə, xəstəxanalarda ölüm olmayıb” - Səhiyyə Nazirliyi
09:57 04.07.2018
Arxiv
852
"Ötən gün "Bakı Metropoliteni”ndə problem yarandıqdan sonra 19 nəfər xəstəxanalara və Təcili Tibbi Yardım Xidmətinə müraciət edib”.
Bu barədə "Sherg.az”a açıqlamasında Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib.
O bildirib ki, müraciət edən xəstələrdən 6-sı stasionar şöbələrə yerləşdirilib:
"Elektrik enerjisinin dayandırılması zamanı yayılan məlumatların əksinə, xəstəxanaların işində heç bir problem olmayıb. Sosial şəbəkələrdə xəstəxanaların dəhlizlərinin qaranlıq olması ilə bağlı fotolar yerləşdirilib. Bu o demək deyil ki, xəstəxananın işində problem var. Generatorlar qoşulduqda əsas bloklara – reanimasiya, doğum şöbəsi, əməliyyat otaqları və aparat qoşulmuş xəstələrin yerləşdiyi bölmələrə elektrik enerjisi verilir.
Yeganə olaraq, 1 saylı Mərkəzi Klinik Xəstəxanada ( "Semaşko”) problem yaranıb. Belə ki, elektrik enerjisinin verilməsi dayanan zaman, qoşulmuş dörd generatordan biri sıradan çıxıb. İşlək vəziyyətdə olan üç generator fəaliyyətdə olduğu müddətdə bir saat-saat yarım ərzində sıradan çıxmış generatoru yenisi ilə əvəz ediblər. Bütün bunlara rəğmən, yaranmış vəziyyət səbəbindən heç bir ölüm faktı qeydə alınmayıb.
Dövlət xəstəxanalarının bir çoxunda ehtiyat elektrik enerjisi olmadığına görə, aparata bağlı uşaqların dünyasını dəyişməsi barədə xəbərlərin heç bir əsası yoxdur. Yenə qeyd edirəm, elektrik enerjisinin dəyişməsi səbəbindən xəstəxanalarda ölüm olmayıb”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat