"Elektrik enerjisinin kəsilməsinə görə, iri sahibkarlar 1 saata 30 266 manat itirir”
11:16 06.07.2018
Arxiv
584
"Biz artıq texnoloji cəmiyyətdə yaşayırıq. Elektrik enerjisi, istilik, telekommunikasiya sahələri təbiət qanunauyğunluqları ilə bir sıraya qoyulur. Buna görə, həmin sahələrdə baş verən qəzalar təbii fəlakətlərlə bir ölçülür”.
Bunu "Sherg.az”a millət vəkili Tahir Mirkişili bildirib.
Deputat qeyd edib ki, miqyaslı elektrik şəbəkəsi qəzaları dünyada 2000-ci ildən başlayaraq intensiv xarakter almağa başlayıb:
"2003-ci ildə ABŞ-ın bütün şimal-şərq regionunda baş verən "Böyük bləkaut” hadisəsi miqyasına və vurduğu ziyana görə təbii fəlakət sayıldı. Elektrik Şəbəkəsinin "çökməsi”nin bir sıra səbəbləri olur. Ümumi olaraq onlar, artıq yüklənmə, resursların çatışmamazlığı, texniki qəzalar və insan amilidir. Miqyaslı elektrik qəzaları dünyada artıq yalnız texniki hadisə kimi deyil, siyasi və sosial risklər daşıyan fəlakət kimi qəbul olunmaqdadır.
Beynəlxalq hesablamalara görə elektrik enerjisinin kəsilməsi zamanı orta hesabla ev təsərrüfatları 1 saatda 8.67 manata, kiçik və orta sahibkarlıq subyektləri 1 saatda 110 manata, iri sahibkarlıq subyektləri isə 30 266 manata qədər gəlir itirirlər”.
Azərbaycanın enerji potensialının son illərdə əhəmiyyətli dərəcədə artdığını xatırladan T. Mirkişili diqqətə çatdırıb ki, bizim enerji potensialımız artıq 6400 meqavata bərabərdir:
"Bu isə ölkənin elektrik enerjisi ilə təmin edilməsində heç bir çətinliyin olmadığını göstərir. Mingəçevir İstilik Elektrik Stansiyasına baş vermiş hadisə miqyasına görə, çox böyükdür. Bu qəzanın ölkə iqtisadiyyatına və əhaliyə vurduğu ziyanı da böyükdür.
Qəzanın səbəblərini ölkə Prezidenti tərəfindən yaradılmış komissiya araşdırır. Komissiyanın ilkin məlumatlarından görünür ki, qəzanın baş vermə səbəbləri içərisində qeyri-peşəkar planlaşdırma, laqeyd yanaşma və texniki standartlara tam əməl olunmama mövcuddur. Dövlət başçısının məsələni şəxsən diqqətdə saxlaması bu sahədə lazımı tədbirlərin görülməsini təmin edəcək.
Miqyaslı qəzalar zamanı əsas məsələlərdən biri də qəza zamanı müvafiq dövlət orqanlarının və əhalinin davranışı olur. Son günlər dövlət orqanlarının qəza zamanı əlaqəli fəaliyyəti, insanların panikaya düşməməsi dövlət orqanları ilə əhalinin qarşılıqlı əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərdi”.
Qeyd edək ki, iyulun 3-də gecə saatlarında Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 1-ci və 6-cı enerji blokunda partlayış baş verib. Bundan sonra ölkə ərazisində elektrik enerjisinin təmin olunmasında problemlər yaranıb.
İyulun 4-də müxtəlif qurumlar üzrə səlahiyyətli şəxslərin iştirakı ilə müşavirə keçirən Prezident İlham Əliyev çıxışı zamanı strateji obyektlərdə generatorların quraşdırılması məsələsinə toxunub. Ölkə başçısı bildirib ki, ilk növbədə, xəstəxanalarda və metroda generatorlar olmalıdır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm