"Əli Əhmədovun təklifi Dilqəm və Şahbazın azad edilməsi üçün əhəmiyyətlidir"
12:53 04.07.2018
Arxiv
607
"Beynəlxalq Qızıl Xaç Komitəsi və Qızıl Aypara Cəmiyyəti humanitar təşkilatlardır və humanitar hüquqdan irəli gələn vəzifələrin icrası istiqamətində çox böyük işlər görürlər”.
Bu barədə "Sherg.az”a Azərbaycan Hökuməti ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası arasında Anlaşma Memorandumunun imzalanmasından danışarkən "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib.
O vurğulayıb ki, Dağlıq Qarabağda girov saxlanan azərbaycanlılarla əlaqələrin yaradılmasında federasiyanın mühüm rolu var:
"Beynəlxalq təşkilatla münasibətlərin genişləndirilməsində əsas məqsəd humanitar əlaqələrin daha da yaxşılaşdırılmasıdır. Bu təşkilatlar işğal olunmuş Azərbaycan torpaqlarında girov saxlanan həmvətənlərimizin qaytarılmasına, onların ailələri ilə əlaqələrinin yaradılmasına şərait yaradırlar. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində çox sayda vətəndaşımız əsir və girov götürülüb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları işğal olunmuş torpaqlarımızda girov saxlanan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə mütəmadi görüşlər təşkil edirlər. Bu təşkilat girovların müvəqqəti saxlanma yerlərinə də tez-tez baş çəkən qurumdur.
Azərbaycan ərazilərinin işğal olunması faktı qalmaqdadır. Ona görə, beynəlxalq humanitar təşkilatlarla Azərbaycan arasında müqavilələrin imzalanması müsbət haldır. Baş nazirin müavini Əli Əhmədovun da bu istiqamətdə səsləndirdiyi fikirlər, Dilqəm və Şahbazın girovluqdan azad edilməsi istiqamətində fəal işlər aparılmasını təklif etməsi kifayət qədər əhəmiyyətlidir. Bu cür anlaşmalar girov, əsir saxlanan həmvətənlərimizlə bağlı məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasında əlavə kanal olduğuna görə, olduqca vacib amildir”.
Qeyd edək ki, Azərbaycanla Federasiya arasında memorandumun imzalanmasında məqsəd Azərbaycanla Federasiya arasında qarşılıqlı maraq doğuran sahələrdə əməli əməkdaşlığın genişləndirilməsi üçün münbit şəraitin yaradılmasıdır. Azərbaycan tərəfindən çıxış edən baş nazirinin müavini Əli Əhmədov diqqətə çatdırıb ki, işğal olunmuş Azərbaycan torpaqlarında girov saxlanan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası öz imkanlarından, nüfuzundan istifadə etməlidir. O, günahsız insanların həbsdən azad edilməsi istiqamətində fəal işlər aparılmasının vacibliyini vurğulayıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat