Əli Məsimlinin fikirləri düzgündür, lakin...





"Əli Məsimlinin fikirləri düzgündür, lakin qısa zaman kəsiyində bazarın manatın bahalaşmasına reaksiya verməsi mümkün deyil”

Bunu Sherg.az-a Milli Məclisin iclasında iqtisadçı deputat Əli Məsimlinin "Dolların ucuzlaşması yaxşı haldır. Amma dolların dəyəri düşsə də, ərzaq məhsullarının qiymətləri gün-gündən qalxır” fikirlərini şərh edərkən iqtisadçı-ekspert Fuad İbrahimov deyib. 

Onun sözlərinə görə, manatın dollara qarşı möhkəmlənməsi vəziyyətində idxal, ixrac əməliyyatlarının intensivliyindən söhbət gedirsə, bazarın tənzimlənməsi vaxt alacaq:

"Biz hələlik zəifləmə dövründəyik və bu, daha çox Mərkəzi Bankın istifadə etdiyi alətlərə görə hazırda manat nisbətən möhkəmlənib. Amma bu süni xarakter daşıyır. Həqiqətən, manatın dəyərinin artmasından söhbət getmir. Belə vəziyyətdə bazarın istehlak olunan qiymət siyasətinin tezliklə proseslərə cavab verməsi mümkün deyil. 

Biz bunu o vaxt müşahidə edə bilərik ki, manat dayanıqlı sürətdə 2-3 aydan bir möhkəmlənsin və bazarda qiymət siyasəti tənzimlənsin. Amma 1 həftəlik cüzi valyuta məzənnəsinin dəyişməsi ilə bazardan bunu tələb etmək düzgün deyil. Bizim bazar iqtisadiyyatına yanaşma prinsiplərimiz çox kövrəkdir. Ona görə prosesin yoluna qoyulmasına vaxt vermək lazımdır”.

Aysel Aslan