"Əlillər Bakıda yaşaya bilmir" - Keçid və ictimai nəqliyyatda panduslar yoxdur
12:25 04.12.2017
Arxiv
1030
Firudin Məmmədov: "Əlil insan onun üçün şərait yaradıldığını bilsə, evə qapanıb qalmaz. Ürəyi istəyəndə şəhərə çıxar"
"Şəhərsalma haqqında qaydalarda küçədə, piyada keçidlərində əlillər üçün pandusların qoyulması mütləq qeyd olunur”.
Bunu "Sherg.az”a Bakı şəhərinin mərkəzindəki bütün piyada keçidlərində Avropa standartlarına uyğun 421 ədəd pandusun qoyulacağına münasibət bildirərkən Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firudin Məmmədov deyib.
O xatırladıb ki, tikintinin sürətlə inkişaf etdiyi, şəhərin gözəlləşdirildiyi dönəmdə bu məsələ gündəmə gətirildi:
"Həmin vaxt müəyyən addımlar da atıldı. Bəzi yerlərdə panduslar qoyulsa da, bu mexanizm düzgün yerinə yetirilmədi. Gürcüstanda elə səki, piyada keçidi yoxdur ki, orada bordürlər olsun. Bizdə isə əvvəllər qoyulan pandusların da bucaq dərəcəsi yüksək oldu. Nəticədə həmin panduslar heç nəyə yaramadı. Əlil arabada olan şəxsin keçidə, metroya düşməsi bir yana, analar bir yaşında körpəsini uşaq arabasında çıxara bilmir. Şəhərin lazımi yerlərində pandusların qoyulması zəruridir. Tək əlillər deyil, bu, gənc analar üçün də vacibdir.
Bir dəfə arabada olan bir nəfəri panduslarla düşürməyə cəhd etmişəm. Fiziki cəhətdən yetərincə güclü olsam da, həmin panduslardan arabanı qaldırıb, düşürə bilmədim. Ona görə, həmin pandusların da sökülüb yenidən düzəldilməsinə ehtiyac var. Panduslar 20-25 dərəcə bucaq altında qoyulmalıdır.
Avtobusların, ictimai nəqliyyat vasitələrində arabaların çıxarılması üçün panduslu variantını işlək hala gətirmək lazımdır. Məsələn, Avropa Oyunlarında istifadə edilən yeni avtobuslarda həmin panduslar var idi. Lakin istifadə olunmadı. Çünki dayanacaqlarda arabalı insanlar dayanmır. Çünki onların evdən çıxıb, dayanacağa qədər gəlməsi mümkün deyil. Amma əlil insan onun üçün şərait yaradıldığını bilsə, evə qapanıb qalmaz. Ürəyi istəyəndə şəhərə çıxar".
F.Məmmədov onu da əlavə edib ki, parlamentdə, rəsmi qurumlarda ümumən əlillərin ictimai hərəkəti ilə bağlı qanunlar qəbul edərkən əvvəldən hazırlıq görülməlidir:
"Məsələn, Böyük Britaniyada gözdən əlillər haqqında qanunlar müzakirəyə çıxarılarkən spiker bir gün əvvəl tapşırıq verir ki, deputatlar gözünü bağlasın, 1 gün kor şəklində yaşasın. O zaman korlar haqqında qanuna nə lazım olduğunu qismən də öyrənə bilsin. Məncə, bu təcrübə kifayət qədər uğurludur. Çünki bizdə gözü görməyən əlillər üçün də heç bir şərait yoxdur. Nəticədə gözü görməyən, ayağı yeriməyən insan Bakı şəhərində yaşaya bilmir”.
Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli ilə bu məsələ müzakirə olunub və BNA bu məqsədlə tender elan edib. Nazir vurğulayıb ki, "Eko" şirkəti həmin tenderin qalibi elan olunub və həmin şirkətlə 2 milyon manat məbləğində müqavilə imzalanıb. Həmin müqavilənin icrası çərçivəsində 421 pandusun quraşdırılması təmin olunacaq.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə