Elinanın anası: "Videodakı mənim qızım deyil”
11:32 11.04.2019
Arxiv
778
İntihar edən 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın görüntüləri olduğu iddia edilən xoşagəlməz videogörüntü və fotolar yerli mətbuatda öz əksini tapmaqdadır.
Bununla bağlı mərhum yeniyetmənin anası Sevil Hacıyeva News24.az-a eksklüziv müsahibə verib.
– Sevil xanım, sosial şəbəkə və yerli mətbuatda qızınızın olduğu deyilən videogörüntülər və fotolar haqda nə deyə bilərsiz?
– Videolarda və fotolarda olan qız mənim Elinam deyil. Mənim qızım çox tərbiyəli olub. O, heç vaxt siqaret çəkməyib, hətta yaxınına da buraxmayıb. Qızım çölə çıxmaq, rəfiqələri ilə harasa getmək istəyəndə məndən, nənəsindən, hətta atasından da həmişə icazə alıb.
– Bəs görüntülərdə Elina olduğu iddia edilən qız əslində kimdir?
– O qızlar Ramilə və Dianadır. Qızım olduğu deyilən məhz Ramilədir, yəni siqaret çəkən qız. Diana isə mənim qohumumdur. Şəkillərə diqqətlə baxıb, qızımın görüntüləri ilə tutuşdursalar, görəcəklər ki, fərqli-fərqli qızlardır. O görüntülərin qızımla heç bir əlaqəsi yoxdur!
– Sizcə bu görüntülər niyə yayılıb?
– Başa düşmürəm ki, bunu niyə ediblər. Məqsədləri nədir? Mənim qızım haqq dünyasındadır. Ölmüş bir qız uşağını bu şəkildə ləkələmək nə qədər insanlıqdandır? Bu, onu edənlər üçün böyük rəzalətdir! Ayıb olsun! Allaha həvalə etmişəm!
– Sağlığında qızınızın xəbəri vardımı o görüntülərdən?
– Bəli, Elina mənə demişdi ki, Diana yaxşı olmayan hərəkətlər edir. Hətta Elina özü dəfələrlə o cür hərəkətlərinə görə Dianaya irad tutmuşdu.
– Sözügedən görüntülərin kimin yaydığı haqda hər hansı fikriniz varmı? Sizcə kim ya da kimlər tərəfindən yayılıb?
– Düşünürəm ki, bunu ancaq məktəbin direktoru edə bilər. Onun məqsədi odur ki, qızımı ləkələyib, özünü təmizə çıxartsın. O, yaxşı bilirdi ki, mənim qızım sakit, ağıllı, mədəni uşaq idi. Düzgün həyat tərzi sürürdü. Buna baxmayaraq, direktor özünü haqlamaq üçün bu cür iyrənc əməllərə əl atır.
– Qızınızın yıxıldıqdan sonra çəkilən görüntüləri haqda nə deyə bilərsiz?
– Təsəvvür edin, qızım özünü atıb, məktəbdə hər kəsin bundan xəbəri olub. Lakin bizə iki saatdan sonra məlumat veriblər. Hətta təcili yardıma da gec zəng ediblər. Rəsmən qızımın həyatı ilə oynayıblar! Bu, vicdansızlıqdır! Cənab Prezidentimizə və Birinci Xanımımıza dərin təşəkkür edirəm ki, bu məsələni diqqətə götürüblər! Mən ümid edirəm ki, onların sayəsində tezliklə haqq-ədalət öz yerini tapacaq! Qızımın ölümündə günahı olan hər kəs lazımi cəzalarını alacaqlar! Mən balamı itirdim… Digər valideyinlərin övladlarını bu şəkildə itirməmələri naminə Prezidentimiz və Vitse-Prezidentimizin verdikləri qərar öz müsbət nəticəsini göstərər inşallah!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:19 12.10.2026
Gündəm
"Şərq qapısı" qəzetinin əməkdaşı vəfat etdi
11:07 12.10.2026
Media
İnstaqram və TikTok-a girişdə problem yaranıb
10:57 12.10.2026
Texnologiya
Xəzər rayonunda müşavirə - Bir sıra şəxslər cəzalandırıldı
10:50 12.10.2026
Aktual
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - Foto
10:48 12.10.2026
Cəmiyyət