Əllərində çiçək 14 ildir onu gözləyir...

“Mustafa 17 yaşında çıxıb gəlsə, tanıyaram”
Trabzonun Sürmene qəsəbəsində 14 il əvvəl itkin düşən Mustafa Dəmirin anası Əminə Kralı, oğulunun bir gün dönüb gələcəyi günü gözləyir. Sherg.az türk mediasına istinadən xəbər verir ki, 
Fransanın Strasburq şəhərində yaşayan Əminə Kralı, 2004-cü ildə həyat yoldaşını hərbi xidmətə göndərdikdən sonra 4 uşağıyla Sürmene qəsəbəsinin Çiftesu kəndində yaşayan anasının yanına gəlib.
Türkiyəyə gəldiklərinin üçüncü günündə çiçək yığmaq üçün qardaşlarının yanından ayrılan 2 yaş yarımlıq Mustafa itib. Uşağının itdiyini fərq edən Kralının xəbərindən sonra AFAD və jandarma qrupları tərəfindən kənd və qəsəbədə icra edilən axtarma işlərindən nəticə alınamayıb.
Kralı jurnalistlərə açıqlamasında oğulunun 3 iyul 2004-cü ildə itdiyini ifadə edərək, "14 il oldu. Bu zamana qədər heç bir inkişaf yoxdur. Nə qədər axtardıqsa da, nə ölüsü, nə dirisi var. Heç bir ipucuna rast gələ bilmədik.” deyir.
O illərdə hər yerin axtarıldığını bildirən Kralı, "Ərazidə düşsəydi, ölsəydi, mütləq tapılardı. Çünki ərazini çox detallı axtardıq. Kənara gedən bir uşaq deyildi. Ölsəydi tapardıq, demək ki, ölməyib, biri alıb aparıb” deyə söyləyir.
Kralı, müxtəlif televiziya proqramlarına qatılaraq itən oğulunu axtardığını qeyd edərək sözünə belə davam edir:
"Mənim tək istəyim uşağımdır. Ölməmişdən görüm, qovuşum balama. Nə istəyirlər ki bizdən? Bir dərdləri varsa çıxsın, söyləsinlər. Kimsədən şikayətçi filan da olmaram, heç görən yoxdur? Bu qədər yazılır, heçmi duyan yoxdur? Övlad ağrısı heç keçmir. Yaram qaysaq bağlamır, hər gün itkin uşaq xəbəri olunca mən o günü yaşayıram, eyni şeyi yaşayıram. Allahım, nədir bu əziyyət? Çəkin çirkli əllərinizi uşaqlardan.”
Böyük oğulunun uşağına "Mustafa Melih” adını verdiyini söyləyən Kralı, "Hazırda Mustafa 17 yaşında çıxıb gəlsə, tanıyaram. Böyük qardaşına çox bənzəyirdi. Kaş ki, tapsam, DNT testi etdirərik. Səlahiyyətlilərdən də kömək istəyirəm.” deyə danışıb.
Kralı, bu günlərdə çox ümidsiz olduğunu dilə gətirərək, "Hər yerdə uşaq ölüsü var. Nə istəyirlər uşaqlardan? Eylül və Leylanın ailəsinə başsağlığı diləyirəm. Onları ən yaxşı mən anlaram. Həmişə onlarla ağladım.” deyə duyğularını dilə gətirir.
Turan