Ərdoğan: "Merkelə 4500 sənəd tədim etmişik, amma..."




Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qara dəniz yaxınlığında yerləşən Rizə əyalətində mətbuat konfrası zamanı Almaniyanı terrorçuları dəstəkləməkdə ittiham edib. 

Sherg.az-ın "Lefigaro.fr"ə istinadən xəbərinə görə, qardaş ölkə prezidenti qeyd edib ki, Berlin terrorçularla bağlı Türkiyə hakimiyyətini məlumatlandırmaqdan boyun qaçırır: 

"Almaniya terrorçuları dəstəkləyir. Biz almaniyanın kansleri Angela Merkələ terrorçuların məhv edilməsinə dair 4500 sənəd təqdim etmişik, amma o sənədlərin heç birinə cavab verilməyib. Məhz bu məsələlər görə, Ankara və Berlin arasındakı münasibətlər korlanıb. Əlaqələrdəki soyuqlaşmalar həm də iyulun əvvəllərində İstanbul yaxınlığında biri alman vətəndaşı olmaqla 6 hüquq müdafiəçisinin FETÖ ilə əlaqədə şübhəli bilinərək saxlanmasından sonra başlanıb. 

Tərcümə etdi: Ayyət ƏHMƏD