“Ərdoğanın paradda iştirakı ölkəmizə dəstək kimi qiymətləndirilməlidir" - Politoloq





"Rusiya lideri Vladimir Putinin Ermənistana səfərinin yaxın bir neçə gün ərzində reallaşacağını hesab edirəm”.

Bunu "Sherg.az”a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu söyləyib. 

Bununla yanaşı ekspert bildirib ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycana səfərə gələrək, Bakının işğaldan azad olunmasının 100-cü il dönümünə dair paradda iştirak edir:

"Ərdoğanın Azərbaycana səfəri və paradda iştirakı ölkəmizə dəstək kimi qiymətləndirilməlidir. Xüsusilə, son dövrlər Naxçıvan məsələsinin aktuallaşması Putinin Ərdoğana güc nümayiş etdirməsi ilə bağlı iddiaları aktuallaşdırır. Suriya hadisələrindən sonra liderlərin davranışlarından hiss olunur ki, İdlib probelmi ilə bağlı iki dövlət arasında ciddi narazılıq var. Lakin hələlik bu narazılıq mətbuata açıqlanmır”.

Qeyd etdiyim kimi V.Putinin Ermənistana səfərini R.T.Ərdoğanın Azərbaycana səfərinin cavabı kimi dəyərləndirirəm. Kreml Qarabağla bağlı mövqelərini əvvəlki kimi təqdim etməyə çalışır. Rəsmi İrəvan Rusiya prezidentinin səfərindən ruhlanıb, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarına razılıq verməyə bilər.

Həmçinin, onu da vurğulamalıyam ki, Kreml rəhbərinin Ermənistana səfəri Bakıya planlaşdırılan səfəri ilə zaman baxımından uzlaşdırılacaq”.

Ayyət