Erməni diasporası mafiozlardan ibarətdir

"ABŞ-da və Avropa ölkələrindəki erməni diasporları əsasən çirkli pulların yuyulması, terrorizm, silah qaçaqmalçılığı ilə məşğul olurlar"
"Ermənistan hakimiyyəti məhz “qanuni oğrularla” və mafiyalarla əlaqələr quraraq, ölkəyə maliyyə yönləndirilməsinə çalışıblar"


Almaniya mətbuatının Avropadakı erməni mafiyasının bu ölkənin Xarici İşlər Nazirliyi ilə əlaqəsi barədə araşdırması təəccüb doğurmamalıdır, çünki bu, həqiqəti əks etdirir. Bunu rusiyalı teleaparıcı və analitik Yevgeni Mixaylov deyib. Ekspertin sözlərinə görə, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın "qanuni oğrularla" əlaqələri məlumdur və sirr deyil ki, həmin "oğrulardan" bəziləri Rusiyada təqib olunarkən məhz Ermənistanda gizlənib:

 "Çirkli pulların yuyulması, narkotik, qaçaqmalçılıq - bütün bunlar dünyada erməni mafiyasının fəaliyyətinin çox az hissəsidir. Almaniya xüsusi xidmət orqanlarının bu mafiya ilə məşğul olması onu göstərir ki, onlar rusiyalı həmkarları ilə qarşılıqlı fəaliyyət göstərir, Rusiya xüsusi xidmət əməkdaşlarının təcrübəsindən istifadə edir. Rusiyada da ermənilər əksər vaxtlarda çirkli pulların yuyulması və digər cinayətkar qrupların başında dayanır”. 

Analitik əlavə edib ki, Ermənistan XİN-in siyasi dəstəyi olmadan cinayətkarlar özlərini belə sərbəst apara bilməzdi: "Bundan başqa, ölkənin digər dövlət strukturları da dünyada erməni cinayətkar qruplaşmaları ilə əlaqələrə qurşanıb”. Əslində Ermənistan hakim dairələrinin və erməni diasporasının qanunsuz əməlləri dəfələrlə ifşa edilib və bununla bağlı Azərbaycan tərəfi beynəlxalq qurumlara müraciət edib. Təəssüflər olsun ki, Qərb ölkələrinin ikili standart mövqeyindən çıxış etməsi məsələyə obyektiv yanaşmanı mümkünsüz hala salıb. Lakin göründüyü kimi, artıq Ermənistandakı hakim rejimlərin kriminal ünsürlərlə əlbir olması, onları himayə etməsi rusiyalı ekspertlər tərəfindən də dəlil-sübutlarla ifşa edilməkdədir.

Məsələni "Şərq”ə dəyərləndirən "Sülh və Münaqişələrin Həlli Mərkəzi”nin rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan 1991-ci ildən müxtəlif xarici ölkələrdə məskunlaşmış diasporun maliyyə dəstəyindən asılı olub. Onun sözlərinə görə, ABŞ-da və Avropa ölkələrindəki erməni diasporları əsasən çirkli pulların yuyulması, terrorizm, silah qaçaqmalçılığı ilə məşğul olurlar: 

"Ermənistan hakimiyyəti məhz "qanuni oğrularla” və mafiyalarla əlaqələr quraraq, ölkəyə maliyyə yönləndirilməsinə çalışıblar. Bu da real cinayət faktıdır və Ermənistanın dövlət olaraq mafiya sisteminə dəstəyinin nümayişidir. Xarici ölkələrdəki Ermənistan səfirlikləri "qanuni oğrulara” diplomatik avtomobil nömrəsi verərək, onların fəaliyyətinə şərait yaradıblar. Ermənistan XİN həmçinin xaricdəki erməni mafiyalarını kurasiya edir, onlara diplomatik pasport verir. Təəssüf ki, Qərb dairələri buna göz yumurlar”.

Analitikin fikrincə, erməni lobbisi əslində mafiyadır: 

"Ermənistanın cinayətkar siyasəti mütləq şəkildə ifşa olunmalıdır. Məhz Azərbaycanın ərazisində yetişdirilən narkotik maddələr Ermənistan Xarici İşlər Nazirliyinin xətti ilə diplomatik yük kimi xaricə daşınır. Azərbaycan Ermənistanın bu cür cinayətkarlığını ifşa etməli, mafioz qruplaşmalara verdiyi dəstəyi, narkotik və silah qaçaqmalçılığı ilə məşğul olduğunu beynəlxalq təşkilatların nəzərinə çatdırmalıdır. Bu, bir daha təsdiq edir ki, Ermənistan beynəlxalq cinayətkar şəbəkəyə dəstək verir”.

İsmayıl