İsmayıl
Erməni rəsmilərinin Qarabağa getməsində siyasi məqsədlər var
08:06 17.10.2018
Arxiv
616
Paşinyan separatçılardan dəstək almaq niyyətindədir
İsmayıl
Ermənistanın baş naziri Nikol Paşinyandan sonra prezident Armen Sarkisyan da Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə, Şuşa şəhərinə gəlib. Məlumata əsasən, Sarkisyan separatçı rejimin nümayəndələri ilə görüşüb. Xatırladaq ki, daha öncə Azərbaycanın işğal olunmuş ərazilərinə Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan və rusiyalı qadınlardan bir qrup getmişdi. Səfərdən sonra həmin şəxslərin hamısı Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər” siyahısına salınıb. Bəzi analitiklərin qənaətincə, növbədənkənar seçki öncəsi həm Paşinyanın, həm də prezident Armen Sarkisyanın Qarabağa getməsi və separatçı rejimlə görüşməsi siyasi məqsədlərə xidmət edir. Yeni rəhbərliyin əsas niyyəti qondarma rejimin dəstəyini qazanmaq, seçki öncəsi hər hansı problemlə üzləşməməkdir.
Düşmən ölkə rəhbərliyinin tez-tez Qarabağa getməsini "Şərq”ə şərh edən politoloq Vasif Əfəndiyev bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyan meydan hərəkatının gücündən növbəti dəfə yararlanaraq, gələn ilin iyun ayında keçirilməsi nəzərdə tutulan parlament seçkisini bu ilin dekabrına çəkə bildi:
"Paşinyanın bu gedişi "Qarabağ klanı” adlanan siyasi müxalifətə ağır zərbə oldu. Görünən odur ki, Paşinyan bu klanı bütünlüklə erməni siyasətindən silməkdə qərarlıdır. Buna baxmayaraq, rusyönümlü qüvvələr könüllü təslim olmaq niyyətində deyillər. Onlar Paşinyanı ən zəif yerindən, "Dağlıq Qarabağ” cəbhəsindən vurmaq istəyirlər. Dağlıq Qarabağın rəhbərliyində təmsil olunan separatçılar da Paşinyanın tam qələbəsindən sonra hakimiyyətdə qala bilməyəcəklərini hesablayıblar. Bu səbəbdən Paşinyana müqavimət göstərmək niyyətlərini gizlətmirlər.
Paşinyanın Qarabağa səfərinin ardından prezident Armen Sarkisyanın Şuşaya getməsi bu münasibətləri normallaşdırmaq məqsədi güdür. Lakin tam əminliklə deyirəm ki, Paşinyan İrəvanda tam hakimiyyətə sahib olduqdan sonra separatçı rejimin bütün rəhbərliyi istefaya göndəriləcək. Hətta onların bir çoxuna qarşı cinayət işi açılacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya