Seyid Camal Əzimbəyli: “Onların ən yaxşı bildiyi iş tarixi saxtalaşdırmaqdır”
Ermənilər indi də Gürcüstana qarşı kilsə iddiası irəli sürürlər. Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsinin Kumudro kəndinin sakinləri hüquq-mühafizə orqanları ilə əlbəyaxa olublar.
Sakinlər kənd kilsəsinin həyətində və qəbirlərin üzərində daşdan xaç quraşdırmaq istəyiblər, lakin müvafiq əmrə istinadən edən polis onların əraziyə keçməsinə icazə verməyib. Bu isə sakinlərin qəzəbinə səbəb olub. Nəticədə mübahisə əlbəyaxa davaya keçib. Bu səbəbdən əraziyə xüsusi təyinatlılar cəlb olunub.
Qeyd edək ki, adıçəkilən kənddə ermənilər sıx məskunlaşıb. Kilsə isə Gürcüstanın mədəni irsi hesab olunur.
Şərqşünas-alim Seyid Camal Əzimbəylinin sözlərinə görə, bu hadisə bütün dünyaya milliyəti, dini kimliyi bəlli olmayan ermənilərin öz varlıqlarını işğalçılıq yolu ilə sübut etməyə çalışdıqlarının göstəricisidir:
"Tariximizə nəzər salanda görürük ki, mərhəmətimizdən, könül dünyamızın varlığından onlara qucaq açmışıq, onlar da bizim saf niyyətimizdən istifadə edib, torpaqlarımıza göz qoyublar. Yəni bəzilərimiz bilərəkdən, bəzilərimiz isə bilmədən ermənilərin baş bəlamıza çevrilməsinə rəvac vermişik. Ermənilərin Gürcüstanın Cavaxetiya bölgəsindəki həyasızlığı da bir daha göstərir ki, onlar bir millət olaraq birgə yaşayış hissindən məhrumdurlar. Kimin torpağına ayaq bassalar, 3 gün sonra ərazi iddiası ilə baş qaldırırlar”.
Şərqşünasın sözlərinə görə, Azərbaycanın kütləvi informasiya vasitələri, Qeyri-Hökumət Təşkilatları, xüsusilə də Xarici İşlər Nazirliyi bir saniyə belə itirmədən sözügedən hadisəni gündəmə daşımalı və beynəlxalq təşkilatların diqqətinə çatdırmalıdır:
"Qoy, dünya bir daha ermənilərin necə şərəfsiz bir məxluq olduqlarının şahidi olsun. Ermənilər nə yaradandan nəsibini alıb, nə də bir cəmiyyət olaraq milli kimliklərini formalaşdıra biliblər. Onların ən yaxşı bildiyi iş onun-bunun torpağına, yeraltı-yerüstü sərvətlərinə, milli-mədəni abidələrinə göz qoymaq və tarixi saxtalaşdırmaqdır.
Hesab edirəm ki, hər zaman milli şüur, vətənpərvərlik, Qarabağ deyib, haray çəkən insanlarımız bu fürsəti əldən verməsinlər. Hadisəni dərhal ictimailəşdirib, dünya-aləmə car çəksinlər. Şəxsən mənim xaricdə oxuyan övladlarım artıq bu hadisəni ictimailəşdiriblər və hətta konfrans keçirib, ermənilərin iç üzünü yaşadıqları ölkənin vətəndaşlarına göstərməyi planlaşdırırlar”.
Şəymən