Ermənilər vandal hərəkətlərindən əl çəkmirlər
06:07 30.05.2019
Arxiv
752
Şuşadakı Gövhər Ağa Məscidinin taleyi Azərbaycanda böyük narahatçılıq yaradıb
"Ermənistanın Şuşada Gövhər Ağa məscidinin təmiri ilə bağlı fəaliyyəti Azərbaycan xalqının mirasına qarşı vandallıqdır”. Bunu Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev deyib. Məsciddə ermənilər tərəfindən aparılan "bərpa” işlərinə etirazını bildirən İcma rəhbəri bildirib ki, işğal olunmuş torpaqlarımızda xalqımıza məxsus zəngin mədəni, tarixi və dini irsin dağıdılması və dəyişdirilməsi kimi fəaliyyətin mütəmadi şahidi oluruq: "Biz erməni mediasına istinadən Şuşa şəhərinin "Yuxarı Gövhər Ağa” məscidində aparılan "təmir-bərpa işləri” haqqında xəbərləri dərin narahatlıq hissi ilə izləyirik. İşğalçı Ermənistanın torpaqlarımızda etnik təmizləmə həyata keçirdikdən sonra belə bir addım atması Azərbaycan xalqının mirasına qarşı yönəldilmiş vandallıq hərəkətlərinin davamı kimi başa düşülməlidir”. T.Gəncəliyev ermənilərin vandal hərəkətlərinin pislənilməsi və qarşısının alınması məqsədilə beynəlxalq qurumlara müraciət ünvanlayıb: "Ermənistanın işğal edilmiş ərazilərimizdə apardığı vandalizm hərəkətlərinə göz yummaq beynəlxalq təşkilatların öz üzərinə götürdükləri öhdəliklərə zidddir. Əgər dünya ictimaiyyəti qeyd olunanlar müqabilində səssizliyini davam etdirərsə, bəşəriyyətə məxsus mədəni-tarixi irsin daha kəskin formada dağıdılması üçün destruktiv qüvvələrə şərait yaratmış olacaq!”.
İctimaiyyətin narahatlığına səbəb olan məsələ ilə bağlı "Şərq”ə danışan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının sözlərinə görə, dövlət və cəmiyyət səviyyəsində ermənilərin işğal etdikləri ərazilərimizdə törətdikləri vandalizm hərəkətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq:
"Ermənilər bütün mədəni abidələri, xüsusən dini kompleksləri, məscidlərimizi, məzarlıqlarımızı qərəzli şəkildə yerlə-yeksan ediblər. Bir çox abidələrin təyinatını dəyişib, tarixi saxtalaşdırıblar. Biz bunları ifşa etmək üçün yorulmadan çalışmalı, beynəlxalq qurumların iştirakı ilə tədbirlər, konfranslar, simpoziumlar keçirməliyik. Bilirsiz ki, işğaldan sonra Şuşadakı Gövhər Ağa Məscidi məqsədli şəkildə saxlanılıb. Ermənilər bunu İran məscidi kimi təqdim ediblər. Ancaq həmin abidə bizə məxsusdur. Şuşada 17 məhlənin hər birinin öz məscidi var idi ki, onlardan biri Gövhər Ağa Məscidi idi”.
QAT rəhbərinin fikrincə, ermənilər məscidi "bərpa etmək” adı altında saxtalaşdırır, eyni zamanda İranla Azərbaycan arasına nifaq salmaq istəyirlər:
"İrəvan hökuməti İranın dəstəyini qazanmaq üçün məscidin "bərpa” işlərinə fars dostlarını dəvət edir. Quranda belə bir şərt var ki, "dini ocaqları ancaq iman sahibi insanlar tikə və ya bərpa edə bilərlər”. Məscidin xristian ermənilər vasitəsi ilə "bərpa”sı tamamilə islam dininə ziddir. Azərbaycan yaxşı olar ki, İrana müraciət edərək, Tehranın işğal olunmuş ərazilərimizdə hər hansı fəaliyyət göstərməsinə mane olsun. İnanıram ki, rəsmi Bakı müraciət edərsə, İran bundan geri çəkilər. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edəndən sonra bütün abidələrimizi özümüz təmir edərik”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:30 18.08.2026
İnfrastruktur
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:23 18.08.2026
İnfrastruktur
Azərbaycan CNN-ə qarşı ABŞ məhkəməsində iddia qaldırdı
18:18 18.08.2026
Media
Bakıda ticarət mərkəzində yanğın - FOTO
18:16 18.08.2026
Hadisə
İsrail rəsmisi: Şaraa Bəşər Əsəd kimi davrana bilməyəcəyini bilir
18:00 18.08.2026
Dünya
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
17:59 18.08.2026
Gündəm
Tramp: İranla danışıqlar aparmaq niyyətində deyilik
17:42 18.08.2026
Gündəm
Ukraynanın mümkün yeni müdafiə nazirinin adı açıqlandı
17:39 18.08.2026
Dünya
Danimarka ilk dəfə Qrenlandiyaya hərbi qüvvə göndərdi
17:31 18.08.2026
Dünya
Sibiqa: Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub
16:42 18.08.2026
Dünya
İran Trampın Hörmüzlə bağlı yeni iddiasına reaksiya verdi
15:53 18.08.2026
Gündəm
Tramp Hörmüz boğazını “ABŞ ərazisi” elan etdi - FOTO
15:38 18.08.2026
Gündəm
İrəvanda “Tramp marşrutu”nun icrası ilə bağlı müzakirə aparıldı
15:26 18.08.2026
Gündəm