"Ermənistan ordusunda təcavüzkarlıq, zorakılıq və homoseksuallıq hallarının yayılması vətəndaşların və hərbi qulluqçuların xidmətdən yayınmasına başlıca səbəbdir".
Bu barədə "Sherg.az"a analitik Ehtiram Aşırlı bildirib.
Ekspert qeyd edib ki, işğalçı ölkənin ordusunda psixi problemləri olan əsgərlər üstünlük təşkil edir:

"Bir müddət sonra David Tonoyan orduda xidmət etməyə adam tapmayacaq və özü təkbaşına xidmət edəcək. Digər tərəfdən, Ermənistan ordusu ruhi dispanser kimi fəaliyyət göstərəcək, David Tononyan da psixi problemləri olan hərbi qulluqçularına "dəlilik kağızı" yazmaqla məşğul olacaq.
Xüsusilə erməni ordusunun yüksək rütbəli zabitlər törətdikləri qanunsuzluqları ictimaiyyətdən gizlətməyə çalışırlar.
Ələlxüsus da erməni mediasının səsini boğurlar. Həmçinin Ermənistan rəhbərliyi də bu məsələdə medianı təhdid və şantaj yolu qorxudur".
Analitik hesab edir ki, hazırda Ermənistanda baş verən ixtişaşlar ölkə daxilində anarxiyanın mövcudluğunun bariz nümunəsidir:
"Ölkə daxilində Serj Sərkisyan və Robert Köçəryanın təsir dairəsinin hələ də mövcud olması Paşinyanın öz hakimiyyətini tam formalaşdıra bilməməsi deməkdir.
Ekspert onu da əlavə edib ki, ABŞ-ın Ermənistandakı vətəndaşlarına çağırış edərək "ehtiyatlı olun" deməsi bu ölkədə terror hadisəsinin baş verə bilməsinə bir eyhamdır:
"Bununla da ABŞ bütün diqqətləri Rusiyanın üzərinə yönəltməyə çalışır. Belə addım atmaqla öz maraqlarını təmin etməyə və ölkə daxilində hazırda mövcud olan anti-Rusiya tendesiyasını gücləndirməyə çalışır".
Ayyət Əhməd