“Ermənistan münaqişənin həllində maraqlı deyil” – ŞƏRH
12:11 03.06.2019
Arxiv
554
ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri zamanı erməni snayperi tərəfindən Azərbaycan Ordusunun zabiti Aqil Omarov qətlə yetirildi. Şübhəsiz ki, təxribatın törədilməsində məqsəd Ermənistan tərəfinin cəbhə bölgəsində vəziyyəti gərginləşdirmək, danışıqlar prosesinə əngəl yaratmaq və 25 ildir davam edən münaqişədə mövcud status -kvonu qoruyub saxlamaqdır.
Düşmənin bu addımı bir daha təsdiq edir ki, işğalçı ölkə münaqişənin həllində maraqlı deyil. Onların sülh, atəşkəsə riayət olunması və digər bu kimi iddiaları yalnız beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdür.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı "Sherg.az”a açıqlamasında təəssüflə qeyd edib ki, ATƏT-in Minsk Qrupu hadisədən 1 gün sonra səfərin yekununa dair bəyənat verdi.
QAT sədrinin sözlərinə görə, Minsk Qrupu hadisə ilə bağlı heç bir araşdırma aparmayıb:
"Ermənistanın bu təxribatı ATƏT-in gözü qarşısında baş verdi. Onlar sadəcə olaraq "təmas xəttində insan tələfatına görə təəssüf edirik” kimi bir ifadə səsləndirdilər. Dəfələrlə ermənilərin bu cür əməllərinin şahidi olmuşuq.
Nə qədər zabitlərimiz, komandirllərimiz qətlə yetirilib. Bu cür cinayətlərə göz yumulması növbəti dəfə nümayiş etdirdir ki, ATƏT-in Minsk Qrupu ermənilərin tərəfindədir. Onlar ermənilərin işğalçı siyasətini dəstəkləyirlər.
Ermənistanda hakimiyyət dəyişdi və bunun heç bir fərqi yoxdur. Onlar açıq şəkildə Azərbaycana meydan oxuyurlar, geri çəkilmək istəmirlər və imkan düşdükcə cəbhədə əsgərlərimizi, zabitlərimizi qətlə yetirirlər. Bütün bunlar onu göstərir ki, Ermənistan nə torpaqları geri qaytaracaq, nə də danışıqlarda nəyəsə razılaşacaq. Fikrimcə beynəxalq təşkilatların və Ermənistanın özünü bu şəkildə nümayiş etdirməsindən sonra Azərbaycan danışıqların davam etdirilməsinin heç bir əhəmiyyəti olmayacağına dair nəticə çıxarmalıdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq
İcra başçısı müavinini işdən çıxardı - FOTO
13:53 15.05.2026
Gündəm