
Ermənistan Türkiyə ordusunun Suriyadakı uğurlarından niyə narahatdır ? - SƏBƏB
11:27 23.03.2018
Arxiv
788
"İzlədiyim erməni saytlarından gəldiyim qənaət budur ki, Türkiyə ordusunun Suriyadakı qələbələrindən yaman narahatdırlar. Türkiyə Afrinlə kifayətlənməyəcək, irəriləməkdə davam edəcək, növbədə hətta İraq ərazisində əməliyyatların keçirilməsi planı var".
Bu barədə "Sherg.az"a "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, Türkiyə quru sərhədi olan bir ölkədə - Suriyada hərbi əməliyyat keçirir, o birisində - İraqda belə bir hərbi əməliyyatı planlaşdırır, digər quru sərhəddi olan Ermənistan isə qara-qara düşünür ki, daha sonra növbə kimə çata bilər? Ermənistan Rusiyaya arxayın olsa da, İrəvan Ankara-Moskva dialoqundan və razılaşmalardan da ciddi narahatlıq keçirir:

"Bölgədə yaranan bu vəziyyətdən biz də istifadə etməyi bacarmalıyıq. Birincisi, Türkiyə ordusunun uğurları fonunda Azərbaycanın strateji müttəfiqi ilə yeni hərbi anlaşma imzalamasına ehtiyac var. Bu anlaşma hərbi ittifaqı yeni bəndlərlə gücləndirmək mahiyyəti daşımalıdır. İkincisi, elə bu ərəfədə Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin Naxçıvanda və cəbhə bölgəsinə yaxın ərazidə keçirilməsi də işğalçıya ciddi mesaj olardı. Üçüncüsü, Azərbaycanın Afrinin yenidən qurulmasına, o cümlədən infrastruktur çalışmalarında iştirakı arzuolunandır.
Əlbəttə, bunun üçün Ankaranın Bakıya müraciəti vacibdir və mənə elə gəlir ki, Bakının arzusu olarsa, Ankara bu müraciəti gecikdirməz. Bu da iki ölkə arasındakı hərbi ittifaqın gücləndirilməsinə xidmət edər, həm də bizə gələcəkdə azad olunan torpaqlarımızda infrastrukturun yenidən qurulması məsələsində gərəkli təcrübə qazandırar".
Ayyət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya