"Ermənistanda ordunun vəziyyəti o qədər bərbaddır ki..." - Analitik



"Sentyabrın 6-da Emənistanda keçirilən iclasda hökumət, erməni ailələrində ikinci uşağın doğulması məsələsinin müzakirəsi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan və Müdafiə naziri Davit Tonoyan arasında məzəli bir gülüş yaşanıb".

Bu barədə "Sherg.az" analitik Ehtiram Aşırlı bildirib. 

Onun sözlərinə görə, həmin bəyanatdan sonra Paşinyan zarafatla Davit Tonoyana müraciət edib

"Hörmətli Tonoyan, biz demək analardan xüsusilə oğlan uşaqlar istədik. "Mən üçüncü və dördüncü uşağın doğulmasına daha çox diqqət ayırıram", - müdafiə naziri Davit Tonoyan bildirib.
Paşinyan yenidən zarafatla cavab verdi. "Belə bir texniki çətinlik var, müasir innovasiya texnologiyalarının imkanlarından bir an üçün üçüncü və dördüncü dəfə istifadə etmək mümkün olmur".
Ermənistan hökümətinin belə bir qanun layihəsinin reallaşdırmasındakı əsas məqsəd təbii ki, ölkədə baş verən əhali sayının azalması ilə əlaqədardır. 

Nikol Paşinyan bu addımı ilə ölkədə əhali sayı azalmasının qarşısını almağa çalışır. Digər tərəfdən hər zarafatda bir həqiqət var. Paşinyan zarafatla ikinci usağın oğlan olmasının istəməsindəki digər əsas məqsəd gələcəkdə orduda xidmət edəbiləcək oğlan uşaqlarının olması ilə bağlıdır. 

Lakin görünür Davit Tonoyana bu da kifayət etmir ki, zarafatla da olsa bildirir ki, mən daha çox diqqətimi üçüncü və dördüncü uşaqların doğulmasına ayırıram. Bütün bu açıqlamalar onu göstərir ki, ölkənin demoqrafik vəziyyəti acınacaqlı durumdadır. Həmçinin ordunun vəziyyəti o qədər bərbaddır ki, bugün güc-bəlayla orduda xidmət etməyə oğlan uşaqları tapsalar da ileri ki zamanlarda bu problemin öhdəsindən gəlməkdə çətinlik çəkəcəklər. 

Məhz bu qanun lahiyəsi gələcəyə yönəlik hesablanmış bir lahiyədir. Onlar düşünürlər ki, bu yolla həm ölkə əhalisinin sayını artıracaqlar həm də bu gün dünaya gəlmiş oğlan uşaqlarından 18 yaşlarına çatanda orduda xidmətlərindən yararlanacaqlar".