"Ermənistanın yeni rəhbərliyi ABŞ-ın mövqeyini nəzərə almalıdır” - Professor
17:21 17.10.2018
Arxiv
547
"Bir ölkənin səfiri bəyanat verərkən bunu sadəcə onun şəxsi fikri kimi dəyərləndirmək olmaz”.
Bunu "Sherg.az” açıqlmasında Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib.
Ekspert bəyan edib ki, diplomatik nümayəndələrin rəsmi açıqlamaları birbaşa təmsil etdiyi dövlətin bəyanatı sayılır:
"Əgər ABŞ-ın Ermənistandakı səfiri fəaliyyət göstərdiyi ölkədə bu cür ifadələr səsləndirirsə, bu özü-özülüyündə rəsmi Vaşinqtonun mövqeyidir. Əlbəttə, səfirin Dağlıq Qarabağ münaqişəsinin həllinə bu şəkildə yanaşması bizi qane edir və maraqlarımıza cavab verir. Reallıq odur ki, işğal olunmuş torpaqlarımız azad edilməyənə qədər heç bir maddə ətrafında danışıq aparmaq mümkün deyil. Bu məsələ münaqişənin mərhələli həllində, yəni Madrid prinsiplərində də öz əksini tapıb. Sözsüz ki, bu cür açıqlama erməniləri qıcıqlandırmaya bilməz. Amma hər halda reallıq budur. Düşmən ölkənin yeni rəhbərliyi bəyanata xüsusi diqqət yetirməli, həmsədr ABŞ-ın mövqeyini nəzərə almalıdır”.
Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills erməniləri məyus edən açıqlama ilə çıxış edib. Amerikalı səfir bunu işğalçı ölkənin özündə, erməni mətbuatına açıqlamasında dilə gətirib. Səfir bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün işğal olunmuş ərazilərin bir hissəsi Azərbaycana qaytarılmalı, İrəvan kompromislərə getməlidir.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya