“O qədər olub ki, 3 gün əvvəl qəbulda olan valideyn zəng edir ki, “Həkim, resepti itirmişəm, həmin dərmanları yenidən deyin”. Ay başınıza dönüm, mən gün ərzində nə qədər xəstə qəbul edirəm, onlarla resept yazıram, h
“Əslində heç bir həkim pasiyentinə telefon nömrəsi verməməlidir”
Pediatr Vaqif Qarayev: “Nə qədər ki, Azərbaycanda sığorta sistemi işə düşməyib, bütün həkimlər xəstə axtarışında olacaqlar”
“O qədər olub ki, 3 gün əvvəl qəbulda olan valideyn zəng edir ki, “Həkim, resepti itirmişəm, həmin dərmanları yenidən deyin”. Ay başınıza dönüm, mən gün ərzində nə qədər xəstə qəbul edirəm, onlarla resept yazıram, h
“O qədər olub ki, 3 gün əvvəl qəbulda olan valideyn zəng edir ki, “Həkim, resepti itirmişəm, həmin dərmanları yenidən deyin”. Ay başınıza dönüm, mən gün ərzində nə qədər xəstə qəbul edirəm, onlarla resept yazıram, h
Son dövrlərdə pediatrların fəaliyyətindən narazılıq edən valideynlərin sayında artım müşahidə olunur. Körpəsinin sağlamlığını həkimlərə əmanət edən valideynlər hesab edir ki, pediatrlar uşaqların müalicəsinə yetəri qədər diqqət ayırmır, gəlir məqsədi ilə onların həyatı ilə oynayır. Medicina.az-ın valideynlər arasında keçirdiyi sorğudan da bəlli olub ki, əksəriyyət həkimin telefon zənglərinə cavab verməməsi, çox dərman yazması, səhv diaqnozlar, xalq təbabətindən istifadə etməmələri və ən əsası isə qəbullarının çox baha olmalarından narazıdır. Belə ki, özəl xəstəxanalarda pediatr qəbulu və hətta 10 dəqiqəlik müayinəsi belə 25-70 AZN aralığında dəyişir. Bəzi həkimlər bu pulu ödəməklə uşağı sadəcə bir dəfə müayinə etdiyi halda, digər qismi isə məbləğ ödənən gündən iki həftə ərzində verilən sualları qismən də olsa cavablandırır.
Təbii ki, valideynlərin razılığını və güvənini tam şəkildə qazanmış pediatrlar da var. Ancaq sayca azlıq təşkil etdiklərindən hər ana istədiyi zaman həmin həkimlərin qəbuluna düşə bilmir.
Pediatr Vaqif Qarayev isə valideynlərin pediatrlarla bağlı irəli sürdüyü ittihamlarla razılaşmır. Bu barədə "Şərq”ə açıqlama verən həkimin sözlərinə görə, hər bir həkimin iş saatı var və ancaq həmin saatlarda pasiyentləri qəbul edib, onları müayinə etmək məcburiyyətindədir:
"Hazırda işdəyəm və daxil olan bütün müraciətləri cavablandırıb, müayinə üçün gələn xəstələri qəbul edirəm. İş saatı başa çatandan sonra isə hər kəs kimi bizim də istirahət haqqımız tanınmalıdır. Əgər biz dünya praktikasından, əmək hüquqlarından danışırıqsa, deməli, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da həkimlər işdən sonra heç bir pasiyenti qəbul etməməlidir”.
- Həkimlərin telefon zənglərinə cavab verməməsi insanlarda qıcıq doğurur, amma...
- Əslində isə heç bir həkim öz pasiyentinə telefon nömrəsini verməməlidir. Sadəcə bizdə sığorta sistemi tətbiq olunmadığı üçün həkimlər məcburdurlar ki, özləri öz piarlarını aparsınlar. Yalan olmasın, bəlkə də şəhərin yarısı mənim telefon nömrəmi bilir. Gərək biz həqiqəti deyib, ittihamlara qarşı öz arqumentlərimizi səsləndirək ki, insanlarda həkimlərə qarşı yanlış rəy formalaşmasın. Bir nəfər hansısa həkimin fəaliyyətini pisləyən kimi media məsələni ictimailəşdirir və jurnalistlər birmənalı olaraq əhalinin mövqeyini müdafiə edirlər. Mən öz nömrəmi niyə verirəm? Çünki qəbula düşən xəstələrə, valideynlərə telefon nömrəmi verməsəm, mənə müraciət edən olmayacaq. Mənə qarşı onlarda antipatiya bəsləyəcəklər. Həkim məcburdur ki, özünü reklam eləmək üçün pasiyentlərinə telefon nömrəsini versin, onların zamanlı-zamansız zənglərini cavablandırsın. Halbuki dünya praktikasında bu, qəbulolunmaz bir haldır. Təvazökarlıqdan uzaq olsa da, həkim bir az əlçatmaz olmalıdır. Nə qədər ki, Azərbaycanda sığorta sistemi işə düşməyib, bütün həkimlər xəstə axtarışında olacaqlar. Bu mütləqdir, xüsusən də özəl sektorda çalışan həkimlər. Sığorta sistemi özünü doğruldandan sonra isə heç bir həkim özünün şəxsi telefon nömrəsini pasiyentlərinə verməyəcək.
- Həkimin qəbuluna düşmək niyə bahadır bəs?
- Qiyməti həkimlər yox, əməkdaşlıq etdiyimiz özəl klinikaların rəhbərləri təyin edir. Əgər mən, yaxud da hər hansı bir həmkarım həmin qiymətlə razılaşmasaq, o zaman bizə çalışmağa imkan yaratmayacaqlar. İctimaiyyət nəzərə almalıdır ki, özəl sektor bütün dünyada baha xidmət göstərir. İmkanı çatmayan valideynlər dövlət müəssisələrinə, poliklinikalara müraciət edib ucuz qiymətə müayinə və müalicə oluna bilərlər. Pasiyentlər özəl klinikalara müraciət edib, baha qiymətə müalicə olunurlar deyə, ödədikləri pulun heyfini həkimdən çıxarırlar. Guya ki, həkim pis rəftar edib, yaxşı müalicə yazmayıb, telefona cavab verməyib və s. Yenə deyirəm, sığorta sistemi olsa, bu pul əhalinin cibindən çıxmayacaq və onlar da həkimlərdən əsassız narazılıq etməyəcəklər. Hər bir xəstə üçün maksimum vaxt limiti var ki, həkim ambulator şəraitdə məşğul olsun. Valideynlər var ki, qəbul da olduğu zaman 1 saat onunla danışır, yazdığım dərmanların istifadə qaydasını izah edirəm, sakitcə dayanıb qulaq asır. Evə gedəndə zəng edir ki, filan dərman necə qəbul edilir?
Halbuki konsultasiya zamanı ən azı 5 dəfə təkrar etmişəm ki, bu dərmanı gündə 3 dəfə bir çay qaşığı verməlisən. Qəbul zamanı başını yelləyir, sonra da deyir yadımdan çıxdı. İnandırım sizi, pasiyentlər qəbul zamanı həkimə diqqətlə qulaq assalar, evə gedəndə zəng eləmək məcburiyyətində qalmazlar. Mən yazdığım dərmanın istifadə qaydasını 5 dəfə demişəmsə, niyə yenidən telefonda vaxt itirməliyəm?! Narazılığa qalmış, həkimlər valideynlərdən daha çox narazıdır. Mənim yaşda olan təcrübəli həkimlər pasiyentlərin bu cür "kapriz”lərinə dözür, amma gənclər bizim qədər səbrli deyil axı! Ona görə də tez-tez pasiyentlərlə xəstələr arasında yaşanan xoşagəlməz münasibətlərin şahidi oluruq.
- Belə çıxır ki, pasiyentlər həkimlərin vaxtını çox alır?
- O qədər olub ki, 3 gün əvvəl qəbulda olan valideyn zəng edir ki, "Həkim, resepti itirmişəm, həmin dərmanları yenidən deyin”. Ay başınıza dönüm, mən gün ərzində nə qədər xəstə qəbul edirəm, onlarla resept yazıram, hardan bilim 3 gün bundan əvvəl kimə, nə yazmışam? Belə şeylər çox olur. Valideynlər də bizi başa düşməlidir. Hər xırda detala görə həkimləri günahlandırmaq, onun peşəkarlığını şübhə altına salmaq düzgün deyil.
- Həkim, bir az da xalq təbabətindən danışaq. Pediatrlar niyə xalq təbabətindən çox dərmana üstünlük verirlər?
- 40 ildir, ənənəvi təbabəti oxuyur, bu sahənin yeniliklərini mənimsəyirəm. Xalq təbabəti ilə necə məşğul olum?! Dərmanın baha olması bizim, həkimlərin günahı deyil. Özəl xəstəxanalarda qəbulun, apteklərdə dərmanın qiymətini həkim təyin etmirsə, niyə bütün narazılıqların hədəfi onlar olmalıdır? Xalq təbabəti ömrünün yarıdan çoxunu tibb elmini oxuyan, öyrənən həkimlərin yox, falçıların, mollaların işidir. Hansısa bir həkimin öz pasiyentinin xalq təbabəti ilə müalicə etməsi absurddur. Düzdür, öz mənfəətini güdüb, bahalı dərmanlar yazan həkimlər də var, istisna etmirəm. Amma qəbul etməliyik ki, əksər həkimlər hansı dərman effektiv müalicə vəd edirsə, onu da yazır. Əhalinin alıcılıq qabiliyyəti aşağıdırsa, həkim nə edə bilər?
Şəymən