Ətçəkən maşınına düşən qadın həyatını itirdi





ABŞ-ın Pensilvaniya ştatında ət fabrikində işləyən qadın sənaye tipli bir ətçəkən maşınına düşərək ölüb. Sherg.az BBC-yə istinadən xəbər verir ki, Jill Greninger adlı 35 yaşlı qadının hadisə zamanı tək olduğu və nərdivanların üzərindən keçərkən ətçəkən maşınına düşdüyü təxmin edilir.

Şirkətin səlahiyyətliləri xəbər verir ki, əvvəla işçilər bir səs eşidiblər və dərhal təxminən iki metr uzunluğunda olan maşının yanına qaçıblar. Bundan sonra xilasetməyə xəbər veriblər.
Qadının maşına sıxışıb qalan cəsədini 45 dəqiqəyə çıxarıblar.
Fabrikdə əvvəllər belə bir hadisənin yaşanmadığı deyilir.