Rusiyanın aparıcı politoloqları anlamağa başlayıblar ki, ermənilərin Kremldən sui-istifadəsi ruslara xeyir gətirmir
Əvvəlcə 5 rayon qaytarılmalıdır
07:36 31.10.2018
Arxiv
494
Kreml yavaş-yavaş Qarabağın qapılarını əsl sahibinə açır
Rusiyanın aparıcı politoloqları anlamağa başlayıblar ki, ermənilərin Kremldən sui-istifadəsi ruslara xeyir gətirmir
Rusiyanın aparıcı politoloqları anlamağa başlayıblar ki, ermənilərin Kremldən sui-istifadəsi ruslara xeyir gətirmir
"Rusiya Azərbaycana qarşı daha Ermənistanın aləti olmayacaq”. Bunu Rusiya politoloqu, Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqin deyib. Analitik bəyan edib ki, Ermənistan Rusiyanın strateji partnyoru olaraq qalır, amma bu o demək deyil ki, İrəvan Moskva ilə manipulyasiya edə bilər. Ekspertin sözlərinə görə, Rusiya ilə əməkdaşlıqdan Azərbaycana qarşı istifadə etmək olmaz: "Rusiya Bakı ilə qarşıdurmada Ermənistanın əlində alət olmayacaq. Hazırda Rusiya Azərbaycanla strateji əməkdaşlığı inkişaf etdirir. Erməni-Rusiya münasibətləri heç vaxt anti-Azərbaycan fonunda olmayıb. Moskva həmişə Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu tanıyıb. Biz Ermənistanla müttəfiqlərik, amma bu müttəfiqlik Azərbaycana qarşı deyil”.
Duqin hesab edir ki, Ermənistanın yeni hakimiyyəti Qarabağ münaqişəsinin nizamlanma prosesini əvvəlki hökumətin razılaşdırdığı şərtlərlə davam etdirməlidir: "Əvvəlcə işğal edilmiş beş, perspektivdə isə yeddi rayonun azad olunmasını nəzərdə tutan razılıq mövcud idi. Bu razılıq Qarabağ münaqişəsinin blokdan çıxarılmasında başlanğıc üçün çox vacib məqam idi. Ancaq ölkənin yeni lideri faktiki olaraq, bu razılıqlara riayət etməkdən imtina etdi”. Politoloq vurğulayıb ki, Ermənistanda siyasi qeyri-sabitlik yaşanır: "Əgər hakimiyyət dəyişikliyi baş verməsəydi, çox əhəmiyyətli nəticələrə nail olunardı. Əvvəlki mərhələdə tərəflər münaqişənin sülhlə həllinin yol xəritəsini faktiki olaraq razılaşdırmışdılar”. Xatırladaq ki, bundan əvvəl Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyevin də Azərbaycanın mövqeyini müdafiə edən açıqlaması gündəmə gəlmişdi. Ekspertlərin fikrincə, son dönəmlər rusiyalı siyasətçilərin və ictimai xadimlərin dilindən səslənən ifadələr Moskvanın rəsmi Bakıya münasibətinin göstəricisidir.
Duqinin açıqlamasını "Şərq”ə dəyərləndirən politoloq İlqar Vəlizadə bildirib ki, Rusiya ekspertləri arasında səmimiliyi ilə fərqlənənlər var.
Aleksandr Duqin də həqiqəti söyləyən politoloqlardan biridir: "Rusiyalı analitiklər özləri də etiraf edirdilər ki, Moskva Azərbaycanla münasibətlərdə Ermənistanın əlində alət kimi çıxış edirdi. Dəfələrlə bəyan etmişdik ki, Moskvanın bu cür yanaşması yolverilməzdir. Şəxsən mən vurğulamışdım ki, Rusiyanın xarici siyasətini Ermənistanla bağlamaq düzgün deyil. Çünki Rusiyanın öz maraqları var. Təəssüflər olsun ki, uzun müddətdir Rusiya KİV-lərində fəaliyyət göstərən ermənipərəst siyasətçilər, analitiklər başqa mənzərə yaratmağa çalışırdılar. Zaman-zaman Rusiyanın xarici siyasətini öz əllərində alət kimi istifadə edirdilər. Bu cür siyasəti təkcə Azərbaycana deyil, Türkiyəyə qarşı da həyata keçirirdilər. Ancaq praqmatik dəyərlərə söykənən bir sıra aparıcı politoloqlar anlamağa başlayıblar ki, ermənilərin Kremldən sui-istifadəsi ruslara xeyir gətirmir. Hətta ölkənin siyasi xəttinə ciddi zərbə vurur və risklərə yol açır”.
Analitik vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın rolu böyükdür:
"Rusiya rəhbərliyi və siyasi xadimləri problemin çözülməsi prosesində üstünlüyü əllərində saxlamaq istəyirlər. Amma bunun üçün təkcə Ermənistanla əlaqədə olmaq kifayət etmir. Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycanla da məhsuldar münasibətlər qurmaq əsas şərtdir. İndiki məqamda bu çox vacib məsələdir. Çünki bir neçə gün əvvəl ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri reallaşdı. Amerika rəsmisi səfər çərçivəsində Azərbaycanın mövqeyi ilə bağlı mühüm açıqlamalar verdi. Rusiyalı ekspertlər məhz buna diqqət çəkərək, Moskvanın təşəbbüsü əldən verməməsinin zəruri olduğunu qeyd edirlər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət