F-35 ABŞ tarixinin ən pislərindən oldu



Beşinci nəsil F-35 qırıcıları ABŞ tarixinin ən pis silah növləri arasına düşüb.

Axar.az xəbər verir ki, bu barədə "Business İnsider” nəşri yazıb.

Buna səbəb kimi təyyarənin bahalı olmağı və etibarlılıq məsələləri göstərilib. Təyyarənin son yoxlanışından sonra bir sıra texniki problemlər aşkarlanıb, etibarlılıq və döyüş hazırlığı ilə bağlı problemlərin hələ də qaldığı bəlli olub.

Ən uğursuz silah nümunələrinə həmçinin "Zumvalt” gəmiləri, sahilyanı mühafizə gəmiləri, "Ford” sinfindən olan aviadaşıyıcılar da daxil edilib.