“Sosial şəbəkə vətəndaşların məlumatlarının qorunmasına məsuliyyətlidir. İstifadəçilərin məlumatlarının başqa tərəfə ötürülməsi qlobal maraqlara, hətta dövlət maraqlarına ziddir"
" "Facebook”un böyük maraqları olarsa, istifadəçilərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürə bilir”.
Bu barədə "Sherg.az”a İKT üzrə tanınmış ekspert Cahid İsmayıloğlu bildirib. Onun sözlərinə görə, bəzi məlumatların məxfi saxlanılması vacib olsa da, böyük güclər bu cür məlumatlardan istifadə edirlər:
"Mark Zukerberq ABŞ senatı qarşısında çıxışında da bunu hiss etdirdi. Belə görünür ki, ortada maddi maraqlardan söhbət gedə bilməz. Amma sosial şəbəkə rəhbərliyinin böyük güc maraqları müqabilində şəxsi məlumatların üçüncü tərəfə ötürməsi istisna deyil”.
Sosial şəbəkənin məxfiliyi təmin etməli olduğunu diqqətə çatdıran C.İsmayıloğlunun fikrincə, "Facebook” istifadəçilərlə müqavilə bağladığından öhdəliklərinə riayət etməlidir:"Sosial şəbəkə vətəndaşların məlumatlarının qorunmasına məsuliyyətlidir. İstifadəçilərin məlumatlarının başqa tərəfə ötürülməsi qlobal maraqlara, hətta Amerikanın dövlət maraqlarına ziddir".
"Facebook” sosial şəbəkəsinin təhlükəsizliyinə gəlincə, ekspert deyib ki, virusların yayılması tək bu sosial şəbəkənin problemi deyil:
"Dünyada mövcud olan "spam” problemi bütün şəbəkələri əhatə edib. Ən güclü şirkətlər də mübarizə aparıb, lakin bunun qarşısını almaq çətin olur. Çünki virusları yayan şirkətlər hər dəfə öz taktikalarını dəyişir, müxtəlif texnoloji prosedurlar tətbiq edirlər.
Bu məsələdə əsas vətəndaşlar diqqətli olmalıdırlar. Şübhəli gələn mesajlar, linklər açılmamalıdır. Adətən viruslar mesajla göndərilən naməlum liklərin üzərinə vurduqda kompüterə yüklənir”.
Qeyd edək ki, 10 Apreldən 11 Aprelə keçən gecə "Facebook” şirkətinin təsisçisi Mark Zuckerberg ABŞ Konqresinin qarşısında çıxış etdi. Çıxışın əsas səbəbi 87 milyon Facebook istifadəçisinin məlumatlarının Cambridge Analytica şirkəti tərəfindən yığılaraq siyasi reklamların yaradılmasında istifadəsi olub. Ticarət üzrə komitetin, hüquq şöbəsinin və elmi komitetin təmsilçiləri "Facebook” alqoritmlərindən və onun iş prinsipindən suallar veriblər.
Aysel Aslan