FACİƏ: 58 yaşlı kişi diri-diri yandı





Bakıda 58 yaşlı kişi faciəvi şəkildə ölüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 100 m² olan 3 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndinin yanar konstruksiyaları 43 m² sahədə və bitişik talvar 15 m² sahədə yanıb. 

Yanğının kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Məmmədov Qurban Məmmədtağı oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.