“Final” kəllə qəndinin içərisindən taxta parçası çıxdı - FOTO

"Final” kəllə qəndinin içərisindən taxta parçası çıxıb.
Bu barədə "Sherg.az"a adının çəkilməsini istəməyən oxucularımızdan biri məlumat verib. 
 O bildirib ki, bu gün paytaxtda fəaliyyət göstərən  mağazaların birindən 150 qramlıq "Final” kəllə qənd alıb.Və qənd qutusunun içərisində kiçik taxta qırıntıları çıxıb. 
Oxucumuz məsələ ilə bağlı Votsap ünvanımıza fotolar göndərib, onları təqdim edirik: