Fransa Rusiya ilə sərhəddə qoşun yığır: 300 əsgər, 5 tank, 20 zirehli texnika – Yeni münaqişə ocağı





Aprelin 23-də Fransa 300 əsgər, 5 tank və 20-ə yaxın zirehli texnikadan ibarət heyəti Rusiyanın 140 kilometrliyinə - Estoniyanın Tapa şəhərinə yerləşdirəcək.

"Sherg.az” "courrierinternational.com”a istinadən xəbər verir ki, məqsəd NATO-nun Baltikaynı ölkələr və Polşadakı nüfuzunu gücləndirməkdir.

Bu faktı Fransanın Talindəki səfirliyi də təsdiqləyib. Səfirliyin sözçüsü qeyd edib ki, məlum missiyanın digər bir hədəfi NATO- nun şərq cinahını möhkəmləndirməkdir:

Ümumiyyətlə, Fransa öz hərbiçilərini Tapaya 2017-ci ilin mart və dekabr aylarından yerləşdirib. 2014-cü ildə Krımın ilhaqından sonra NATO Baltikyanı ölkələrdə və Poşada mövcudluğunu daha da möhkəmləndirdi. Çünki Rusiyanın adıçəkilən ölkələrə də hərbi təcavüzü ehtimal olunurdu.

Məsələyə sərt reaksiya verən Rusiyanın Şimali Atlantika Alyansındakı daimi nümayəndəsi Aleksandr Qruşko "Lenta.ru”a bildirib ki, NATO –nun bu yerləşməni "Rusiya təhdidinin əfsanəsi” adlandırması doğru deyil. Onun sözlərinə görə, Qərbin "Rusiya öz qonşularına hücum  edərək xaos yaradır” adı altında sərhədlərimizin yaxınlığına qoşun yerləşdirməsi bir bəhanədir. Rusiya Qərb tərəfindən bir "anti-piar” kampaniyasına məruz qalır”.

Estoniyanın ədliyyə naziri Urmas Rensalü da bəyan edib ki, Estoniya ilə Rusiya arasındakı münasibətlər Estoniya ərazilərində rus tərəfdarlarının yaratdığı problemlər səbəbindən gərginləşib:

"Estoniya kommunist rejimi dönəmində sovet respublikalarının tərkibində idi. Bu gün isə ölkəmizdə Rusiya mədəniyyəti bir təhdid kimi dəyərləndirilir. 

Estoniyada rus dilinin tədrisi Rusiya prezidenti Vadimir Putin üçün Rusiya imperiyasının bərpası baxımından əlverişli bir məqam idi. Bu mənada Estoniya öz təhlükəsizliyi və ərazi bütövlüyü üçün təhlükə hiss edirdi və bu təhlükəni sovuşdurmağa çalışdı. Məhz buna görə də, Rusiya ilə münasibətlər gərginləşib.

Tərcümə etdi: Ayyət Əhməd