Fransa və Britaniya liderləri İŞİD üzərində qələbəni alqışlayıb
23:45 23.03.2019
Arxiv
597
Fransa prezidenti Emmanuel Makron Suriyanın İŞİD terrorçularından tam azad edilməsi xəbərini alqışla qarşılayıb.
ONA-nın "TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, o bu barədə şəxsi "Twitter” səhifəsində qeyd edib.
"Suriya demokratik qüvvələri” İŞİD-in son qalasının yıxıldığını açıqlayıb. Mən öz müttəfiqlərimizə və Fransanın da qoşulduğu beynəlxalq koalisiyanın əsgərlərinə hörmətimi nümayiş etdirmək istəyirəm. Onlar bizim təhlükəsizliyimiz üçün çox gərgin döyüşlər aparıblar”, - E.Makron belə deyib.
O, əlavə edib ki, təhlükə hələ də qalmaqdadır və terror qruplaşmalarına qarşı mübarizə davam etdirilməlidir.
Böyük Britaniyanın baş naziri Tereza Mey isə öz açıqlamasında bildirib ki, Suriyanın İŞİD-dən azad edilməsi tarixi hadisədir.
"İŞİD-in nəzarətində olan son ərazilərin azad edilməsi tarixi hadisədir. Ancaq biz İŞİD-in yaradacağı təhlükələrə göz yummamalıyıq, çünki bu bəla hələ də mövcuddur. Biz Britaniya xalqının və müttəfiqlərimizin müdafiəsi üçün əlimizdən gələni edəcəyik”, - deyə Tereza Mey bildirib.
Qeyd edək ki, ötən gün Ağ Evin mətbuat katibi Sara Sanders açıqlama verərək deyib ki, Suriya əraziləri İŞİD terrorçularından 100 faiz azad edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm